Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən ağlama

Biz odlara qalanmışıq,
Əbəsmi sevdalanmışıq?
Ürək viran talanmışıq,
Mən ağlayım, sən ağlama!

Qoy tək çəkim mən bu dərdi,
Bəlkə, qəlbim sinə gərdi.
Dərdimizə dərman birdi,
Mən ağlayım, sən ağlama!

Qənim olub bizə hicran,
Ağlayırıq pünhan-pünhan.
Sevgilim, gözünə qurban,
Mən ağlayım, sən ağlama!

Parçalanım mən dağlarla,
Dava edim bu çağlarla.
Bəhsə girim bulaqlarla,
Mən ağlayım, sən ağlama!

Bəsdir mənə bircə sözün,
“Sevirəm” deyəsən özün.
İstəyirəm gülsün üzün,
Mən ağlayım, sən ağlama!


Tarix: 26.12.2014 / 14:09 Müəllif: Aziza Baxılıb: 90 Bölmə: Sevgi şerləri
loading...