Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yerin ürəyimdədir (Qollarım beşik olsun)

Nə sən məni atansan,
Nə mən səni unudan,
Bu müqəddəs sevgidə
Sən qazanan, mən udan.

Baxışının odundan,
Alışar köksüm bişər,
Sözlərim çaş-baş olar,
Tuti, dilim ilişər.

Ömrümün şən günləri
Yolunda qurban gedər,
Mən sevən, sən sevilən
Etmə ömrümü hədər.

Mən nələr çəkməmişəm,
Bu sevda yollarında,
Qollarım beşik olsun,
Gəl uzan qollarımda.

Şaxtalı, qarlı qışda
Qəlbimin odu sənin,
Məni döyən yağışda,
Köməyin budu sənin?!

İnciyirsən, küsürsən,
Baxışın sərin olur,
Səninlə qanadlanan,
Ürəyim yerin olur.


Tarix: 26.12.2014 / 13:27 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Sevgi şerləri
loading...