Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox qorxuram

Sənlə gələn yuxunu,
Yatmaqdan çox qorxuram.
Səhər oyanıb, dərdə,
Batmaqdan çox qorxuram.

Bilməsəm də yerini,
Bu sevginin sirrini.
Hər acıya şirini,
Qatmaqdan çox qorxuram.

Bezdim nazdan məzədən,
Çıxaraq əndazədən.
Səni sevib təzədən,
Atmaqdan çox qorxuram…


Tarix: 26.12.2014 / 12:42 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Sevgi şerləri
loading...