Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Köksünü tərk etmiş ürək

Ayrılıb köksünü tərk etmiş,ürək,
Kimsəsiz dolanır köksündən ayrı.
Qürbətdən qayıtmaq qəribdə dilək,
Ürəyin diləyi qəribdən qeyri…

Nə dünya fırlanır,nə keçir zaman,
Ayrılıq dünyada ömür-gün deyil,…
Qəriblik hicranı ölümdən yaman,,
Bəlkə də,çox qərib,heç sürgün deyil…

Nə vaxtsa yol salar məndən ürəyim,
Ruhum da,qovuşar xoş duyğulara,
Nəqədər ayrıyıq səndən,ürəyim ,,
Hüzünlü nəğmələr,qoş-duyğulara….

Gələndə hüzünlü nəğmələr gətir,
Birazca sarılıb ağlayaq barı,
Dinləyək daha da,sevib sevilək,
Birdə yaşamayaq bu intizarı…

Bilirəm yenidən,köksündən çıxıb,
Gedərsən,boş qalar birliyin yeri,
Ayrı ümmanlarda xəyallar gəzib,
Taparsan,zövqünə uyğun birini…

Nəqədər yaşayır,köksündə kədər,
Köksünü tərk edər ürək,o qədər,
İmkansız əlimdən,gəlsəyidi əgər,
Bir də,yaşamazdım bu intizarı…
Köksünü tərk edib,getməzdən əvvəl,,
Birazca sarılıb,ağlayaq barı…..

Kədərdən sevinci,yarada bilən,
Öyrət,tərk etmədən,bunu da,bilim,,
Sən məni kədərlə,unudub silsən,
Mən səni,sevinclə unudub silim..


Tarix: 26.12.2014 / 12:40 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Sevgi şerləri
loading...