Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni kimdən soruşum mən

Əlimdə quruyan çicək,
Dedi bu sevdadan əl çək.
İndi mənəm, bir də ürək,
Səni kimdən soruşum mən.

Qədəminin izi itib,
Ayağım yolun itirib.
Bəlkə ürək sözüm bitib,
Səni kimdən soruşum mən.

Yaxındasan, ya uzaqda,
Üşüdüm qarda ,sazaqda.
Söz tutmayır dil – dodaq da,
Səni kimdən soruşum mən.

Ötüb keçən hər ay, hər il,
Səndən qalan bircə şəkil,
Deyir unut, gərək deyil,
Səni kimdən soruşum mən.

Həkk olmusan yaddaşımda,
Mən ölməmiş baş daşımda.
Qurumusan göz yaşımda,
Səni kimdən soruşum mən…


Tarix: 26.12.2014 / 12:40 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Sevgi şerləri
loading...