Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Bülbül-Gül”

Bülbüldüm çəməndə,üz-üzə gəldik,
İlk baxış ötmədi,lal gözümüzdən,
Qaynadı ilhamın,şeir mayası
Bir dəfə alışan,eşq közümüzdən.

Piano ötdükcə,bənzər bülbülə,
Sənsə dillərində,açılan gülə,
Bəstəkar ürəyi gəldikcə dilə,
Nəğmələr yazacaq,üzərimizdən,

Təbiət zəngindir,hər yeri sərvət
Bülbülün sayı çox,gül səbət-səbət,
Bizə lazım deyil,zəngin təbiət,
İlham alırıqsa,bir-birimizdən..

Eşqimiz donsa da,şaxtada,qarda,
Amma ürəyimiz,yaşar baharda,
Nicat tapacağıq,yaşanmaz darda…
Eşq üçün güc alsaq,ürəyimizdən

Bülbül-gül olsaq da,eyibimiz var,
Eyibi olanlar,eşqdən az anlar,
Eşqi anlamağa,eyib tikanlar,
Hər dəfə yaranmış,sərt sözümüzdən

Eyib tikanlardan,pərişan olub,
Eşqimiz inciyib,üzümüz solub,
Xain qarğalarsa,çəmənə dolub,
Sevinc tapacaqlar,pərt üzümüzdən


Tarix: 26.12.2014 / 12:32 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Sevgi şerləri
loading...