Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevməyi öyrətdin mənə...

Səninlə ürəkdən sevməyi öyrəndim mən...

Heç görə bilmədiyim, amma daim hiss etdiyim
gözlərindən bir qurtum nəfəs alıb sənə yazıram yenə...

Ürək mürəkkəbiylə yazılmış o qədər
qaralamaya inad səni yaşayıram sətirlərimdə...

Sən və mən... İki ayrı şəhərin səhərində eyni günəşlə oyanan iki sevdalı...
Qeyri-mümkünlüyün içində yoxluğun acınəfəsində " eşqi " tənəffüs edən iki ürək...

Bilirsənmi yağışı dilənən quru torpaq kimi
hər səhər heç bilmədiyim nəfəsini tənəffüs edirəm mən...

Günəşi gözləyən quru yarpaq kimi axşam
qırmızılığında gələcəkmişsən kimi həmişə səni gözləyirəm...

Səninlə ürəkdən sevməyi öyrəndim mən ...

Bilirəm heç bir zaman qapımı döyməyəcək əllərin və bəlkə də heç bir zaman əllərini
tuta bilməyəcəyəm və əllərim ovuc içlərində tərləməyəcək bəlkə də heç bir zaman...

Olsun mən yenə də səni çox sevirəm...
Burax bu dünya bizə həsrət borcu olsun...

Dəyməsin dodaqlarımız dodaqlarımıza...
Sevgi bu deyilmi ? Yoxluğunda belə sevməyi bilmək...

Mən səni yoxluğunda belə sevməyə razıyam...

Eşqi ucaldan bu deyilmi ki onsuz da? Buralara yağış dolu
buludlar qonaq olduğunda səni bir daha axtarıram yağışın hər damlasında...

Səninlə ürəkdən sevməyi öyrəndim mən...


Tarix: 04.12.2014 / 14:20 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Sevgi şerləri
loading...