Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Olmuşam

Çoxdandı görmürəm, o rüxsarını,
Elə bil dərdinə yanan olmuşam.
Gözlərim axtarır, gözəl yarımı,
Hicran yanğısından, xəstə olmuşam.

Gəl tut əllərimdən, gəzək bir daha,
Gəl dönək əzizim ötən anlara,
Sevinək, şənlənək, bir yerdə olaq,
Gəl hicran daşını bir yerdə ataq.

Sən gəlsən qəlbimdə güllər açacaq,
Özümü ən xoşbəxt insan biləcəm.
Gəlməsən həyatım bax puç olacaq,
Sən gəlsən, səninlə deyib güləcəm.

Gəl sən gör, bu Nadir nə hala qalıb,
Sənsiz bu ömrümü duman alıbdı.
Yoxluğun qəlbimi yaman daraldıb,
Gözlərim yollardan asılı qalıbdır…


Tarix: 25.11.2014 / 13:36 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Sevgi şerləri
loading...