Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ey YAR...

Ey YAR, canlandır hisslərimi nə olar,
Sən olmasan ümid güllərim tez solar,
Bu şair sevginlə ölməz xəyallar qurar,
Ey YAR arzularım səndən mədət umar...!

Sən sanki alışıb vərdiş olduğum qumar,
Bu ağıl xoşbəxtliyi qazandı deyə sanar,
Bir anlıq sevinc hissi ilə könlüm yanılar
Bəxt masasında istəklərim müflis durar

Tez gəl ömrümə yoxsa ruhum donar,
Kövrəyəm bilirsən gözlərimdə dolar,
Qürurun tacir məni deyil başqasını alar.
Bizim qovuşmağımız məhşərəmi qalar ?

Səndə işləyən zaman məndə dayanar
Hüznüm dənələnmış sanki bir nar,
Dadma sən o mənsizliyi ey yar.


Tarix: 22.11.2014 / 23:23 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Sevgi şerləri
loading...