Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uzat əlini...(Tofiq Abdin)

Yumub gözlərini
uzat əlini mənə-dua et,
Sənə məhəbbət verəcəyəm.
Sonra baş götürüb gedəcəyəm.
Gözlərini açanda
Düşəcəksən bu kimsəsiz məhəbbətin ardınca.
Gəzdirəcəksən bu məhəbbəti yanınca.
Bütün gözlərə diqqətlə baxacaqsan
Çoxu elə biləcək sevirsən onları.
Yavaşıyacaq kiminsə addımları.
Kimsə düşəcək arxanca
Bəlkə qorxacaqsan
Mən deyiləm axı.
Özünə peşə edəcəksən məhəbbət axtarmağı.
Bu rəngsiz məhəbbətin izinə düşəcəksən.
Min cür məhəbbət görəcəksən
Min cür söz eşidəcəksən.
Hardasa bir korun ovcuna pul atacaqsan.
Sənə elə gələcək o da axtarırı məhəbbətini.
Bilməyəcəksən ki,
Artıq ona bəxş etdin səadətini.
Baxdığın adamlar səni qınayacaq,
Kimsə gözlərinin acılığına yanacaq.
Bütün gözlərdə axtara-axtara məhəbbətini
Bədbəxt olacaqsan
Tapa bilməyib səadətini.
Mən sənin yanınca gəzəcəyəm,
Görməyəcəksən məni.
Məni axtara-axtara
Uzat Şərqə,Qərbə,Şimala,Cənuba əlini...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 113 Bölmə: Sevgi şerləri
loading...