Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Getme Gel...

Bilən olsun! bu sevdanın,
Sözü nədir, söhbəti nə
Yazan olsun qalaq qalaq,
Kitab-kitab
Yenilmişəm varlığının qüdrətinə
Qınasa da solum sağım,
Getmə gəl!
Məhəbbətdən ətirlənən
Ovucumla çətirlənən laləzarım,
Tacı oldun hər baharın
Bağça bağım
Getmə gəl!
Qocaldıqca tükənirik
Ucaldıqca tükənirik
Bu dünyada bircə dənə
Məhəbbətə söykənirik!
Bir gun olar yetməz sənə səs sorağım
Getmə gəl!
Varlığına sığınıbdır dözüm tabım
Əzəl günüm əcəl günüm son qərarım
Nə qədər ki, zülm etmisən dözmüşəm mən
Köksümdəki sitəm, dağım
Getmə gəl!
Olan olub keçənlərə
Qatar-qatar taleyimdən köçənlərə
Aldanmışam!
Düşünmüşəm, daşınmışam
Mən nahaqdan yaranmışam!
Ötürmüsən gün yerinə
Söndürmüsən kül yerinə
Yanmaz oldu gur ocağım
Getmə gəl!
Can tükənir qəm yazarda
Dara çəkir ruhun məni
Gecələrim intizarda
Sübhə kimi ol qonağım
Getmə gəl!
Yansa idim oçağında qor yerinə
Divanəyə lütfün ola
Ölsəm əgər gor yerinə,
Gömüləydim ürəyində,
Kaş olaydın buz torpağım
Getmə gəl!...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Sevgi şerləri
loading...