Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Senin Olmaqa Geldim

Sevgilim ömrüne doğma qəlbinə
Mən sənin tək sənin olmağa gəldim
Dəniztək cağlayan coşan sevginə
Günəştək şəfəqlər yaymağa gəldim

İstədim mən köçüm gülən gözünə
İstədim yazılım şirin sözünə
Sən nəfəs alanda dərin köksünə
İlıq bir küləktək dolmağa gəldim

Bir sabah açılsın ömrünə
Günlərə gecələr hey çöksün sənlə
Sən bacarmazsan qüssəylə qəmlə
Onları əlindən almağa gəldim

Əbədi bəxtinə yazılım deyə
Sənə tükənməyən sevgi verməyə
Bu dəli ömrümü sənlə bölməyə
Ölüncə yanında qalmağa gəldim

Ötən o günlərin hər bir anında
Gələn bu ayların hər zamanında
Bitirib bu ömrü sənin yanında
Çiçəktək əlində solmağa gəldim


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 50 Bölmə: Sevgi şerləri
loading...