Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biz Niye Goruwmuruk?

Biz niye goruwmuruk...
Bir baxışla otuwmuruk,
Söhbət etdik qəlbimizdə
Mənli səndən
Sənli məndən
Axı niyə qaçmadıq ki,
Ömrümüzü qandallayan
Gərçəklərdən...
Biz niye goruwmuruk
Al qan oldu bağrım başı
Özgəsinə yol yoldaşı
Ürəyimə nədir qəsdin
Əcəl kimi qəfil gəldin
Qəfil əsdin
Taleyimin yollarına
Biz niye goruwmuruk...
Sən olanda görsənmədim
Sən olanda uzaq getdim
İnad etdi baxışların
Gülüşlərin...
Biz niye goruwmuruk
Gözlərimi yumanda da,
Açanda da,
Bir dünya sən oldun mənə
Ruhuma can,
Ey eşqi dərd!
Şirin röya, sirr həyacan!
Biz niye goruwmuruk!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi şerləri
loading...