Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

♥ YAŞA ÜREYİMDE YAŞA SEVGİLİM ♥

Cismin uzağlarda olsa da indi.
Yaşa ürəyimdə yaşa sevgilim.
Sevmirsən tərk elə qərar sənindi.
Baxma gözümdəki yaşa sevgilim.
***
Nə üçün cavabsız qaldı suallar?
Daraldı küçələr, tükəndi yollar.
Qaldı qəlbimizdə bütün xəyallar.
Biz gəzə bilmədik qoşa sevgilim.
Yaşa ürəyimdə yaşa sevgilim.
***
Qoruya bilmədik saf sevgimizi.
İtib ürəklərdən mərhəmət izi.
Bizdən soruşmadı ayıran bizi.
Çevrilib ürəklər daşa sevgilim.
Yaşa ürəyimdə yaşa sevgilim.
***
Təkcə ayrılığdan qorxum var idi.
Qəlbimdə tükənməz duyğum var idi.
Nə böyük ümidim arzum var idi,
Çıxdı ümidlərim boşa sevgilim.
Yaşa ürəyimdə yaşa sevgilim.
***
Şeirin müellifi: Nüsret Hesen
***
müellif göstermeden kopyalayan özünü tanımır! Google'da tapib üzüne yazaram.
Beyenenlerse çox sagolsun


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 153 Bölmə: Sevgi şerləri
loading...