Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Menim Ureyimcesen

Soruşsan ki, söylə nədir
Səni mənə sevdirən?
necə verim cavabını,
Heç bilmirəm necə mən
Deyirəm ki, bahardan xoş,
Gül-çiçəkdən incəsən. Bircə bunu bilirəm ki,
Mənim ürəyimcəsən! Heç bilmirəm sualını
Hara, hara mən yozum?
Əgər mən səmayamsa,
Sənsən ayım, ulduzum
Bülbüləmsə, mən ötərəm
Bu çəməndə səninçün Sən mənimçün yaranmısan,
Mən də, mən də səninçün. Uca-uca bir dağamsa,
Zirvəmdəki qarımsan.
Mən bir bağlı qıfılamsa,
Sən mənim açarımsan.
Demirəm ki, bahardan xoş
Gül-çiçəkdən incəsən. Bircə bunu bilirəm ki, MƏNİM ÜRƏYİMCƏSƏN!


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 39 Bölmə: Sevgi şerləri
loading...