Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seve Bilmirsense Sevirem Deme

Yarı yolda qalacaqsa qismətin,
Gedə bilmirsənsə gedirəm demə.
Qarışılıqsız olacaqsa həsrətin,
Sevə bilmirsənsə, sevirəm demə. O, varsa günəşsən, O yoxdusa buz,
Necə ki səhrada torpaqlar susuz,
Nəfəs alıb yaşayırsan sən onsuz,
Ölə bilmirsənsə, ölürəm demə.. Sevinc dolu yaşadığın illərin,
Sevdiyinlə xoş olduğun günlərin,
Ucuz bildiyin bu eşqin dəyərin,
Bilə bilmirsənsə, bilirəm demə..

muellif Miri Yusif


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 76 Bölmə: Sevgi şerləri
loading...