Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yazını Pozub Da... çıx Get

Getsən...
Payızda get...
Get...
Xəzan vurmuş yarpaqlar,
Çılın-çılpaq budaqlar,
Vida deyən dodaqlar üzərindən
Get...

Yağış yusun saçlarını,
KüləkLər sovursun göyə...
"Dönəcəyəm", - söylə
bir yarpaq pıçıltısıyla,
Get və qayıtma...

Çat-çat olum qəzəbimdən,
Üstümə qızıb da...
çıx get.
Bu sevdanı gözlərindən
Ovcuna süzüb də...
çıx get.

Get...
Yolunda alqışlarım,
Mən bu eşqi...
Bağışladım...
Sussun soyuq baxışlarım
Səbrimə dözüb də...
çıx get.

Demə eşqim öləzidi -
İşıq deyil, qan izidi...
Qəlbim sevda dənizidi,
Qəlbimi gəzib də... çıx get.

Ovcumda yarpaq əllərin -
Solmamış üzüb də...
çıx get.
Bu eşq Tanrı yazısıdı,
Yazını pozub da...
çıx get.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Sevgi şerləri
loading...