Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sən Elə Yerdəsən Ki...

Mən bir nakam yazıyam alnında, ovucunda,
Poza bilmir göz yaşın,
Yuya bilmir yağışlar.
Asılıb barmaqlarım saçlarının ucundan –
Ya bir ölüm hökmü kəs, ya ömürlük bağışla...

...Gündüzlərim mürgülü, yuxularım qarışıq -
Sən elə yerdəsən ki...
Qoparıb atmaq olmur...
Sən keçilməz yolların sonucunda bir işiq,
Yollar düyünə düşüb,
Geri qayıtmaq olmur.
Nə səndən ayrı qalmaq,
Nə sənə çatmaq olmur...


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 58 Bölmə: Sevgi şerləri
loading...