Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalanmish Deme...

Sənsiz sənin ilə illər yaşadım,
Vüsalın xəyalmış, gümanmış demə.
Şirin həsrətinin yükün daşıdım,
Ümidim məhəbbət talanmış demə.

Bəxtin ətəyindən tutub yeridim,
Dərdin istisindən yandım, əridim.
Səbrin qucağında bir az kiridim,
Arzular sahilsiz ümmanmış demə.

Doğmadan od aldım, közüm böyüdü.
Kəlmə-kəlmə hördüm, sözüm böyüdü.
İçimdə bir qədər dözüm böyüdü,
Tənhalıq mənimçün həyanmış demə.

Bilmədim nə idi, bu nə işdi ki,
Həsrətin o qədər həzinləşdi ki,
Elə doğmalaşıb, şirinləşdi ki,
Yanında vüsalın yalanmış demə.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 62 Bölmə: Sevgi şerləri
loading...