Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Gece !!!

Gedirəm, gözlərimi bağla mənimçün bu gecə
Yoxdu bir ağlayanım, ağla mənimçün bu gecə.

Soyuğam, öpmə üzümdən dodağın xəstələnər,
Gəl dəyiş yorğanı torpaqla mənimçün bu gecə.
...
Əcəl almış məni ağuşuna, yox fərqi daha,
Qoca dünyanın oyuncaqla mənimçün bu gecə.

Qəmi təklikdə yedin hər gecə məndən gizlin,
Doymusansa, azacıq saxla mənimçün bu gecə.

Ağlayıb yolma saçın, yox, eləcə yas saxla
Səs-səmirsiz dəli olmaqla mənimçün bu gecə.

PRINSIN ömrü bitir, bir də uzat əllərini
Son dəfə gözlərimi bağla mənimçün bu gecə....


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 69 Bölmə: Sevgi şerləri
loading...