Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deyiləm...

Gedirsən sevgilim sənə yaxşı yol,
Arxanca yürüyüb qaçan deyiləm.
Qanadı qırılmış bir quşam indi,
Başının üstündə uçan deyiləm.

Ürkütdü könlümdə xatirələri,
Donub ürəyimdə eşqinin yeri.
Gedirsən bir daha qayıtma geri..
Səni sevgili yar bilən deyiləm.

Çətin ki qəlbimi alasan ələ.
Məhəbbət yolunda nashisan hələ.
Sevirəm kəlməsin gətirmə dilə...
Səni sevgili yar seçən deyiləm.

Gəzmərəm namərdin mən sağ-solunda...
Məzara girərəm igid qolunda.
Vəfasız, ilqarsız yarın yolunda...
Bu cavan ömrümdən keçən deyiləm.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi şerləri
loading...