Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seninle De Olmur Sensiz De Olmur!

Bu necə bir tutqu, bu necə bir eşq,
Səninlə də olmur, Sənsiz də olmur.
Viranəyə dönmüş könül adı köşk,
Səninlə də olmur, Sənsiz də olmur.

Sənə gəlmək üçün hər şey bəhanə,
Səninlə ac-susuz həyat şəhanə,
İstə, Sənin olsun, canım, daha nə..?
Səninlə də olmur, Sənsiz də olmur...

Bir alov yumağı bədənim sarmış,
Yoxluğun qəlbimdə boranmış, qarmış.
Eşq ürəyimdəki sönməyən xarmış,
Səninlə də olmur, Sənsiz də olmur.

Asandır sanmışam qırmaq qələmi,
Sənə vida edib kəsmək salamı,
Qəlbimdə mələksən, yoxsa bəlamı..?
Səninlə də olmur, Sənsiz də olmur.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 74 Bölmə: Sevgi şerləri
loading...