Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilirem Ne Vaxtsa Qizim Mehz Bu Sozlernen Mene Mur

Körpəykən atamı itirmişəm mən,
O mənə dağ boyda qəm qoydu getdi,
Yadigar olaraq mənə o gümdən
Ömürlük gözümdə nəm qoydu getdi.

Düzdü necə əziz, necə xoşuymuş
Ata nəvazişi uşaq yaşında,
O məni həmişə atıb tutarmış,
Təndir qırağında, ocaq başında...

Dostlarım atadan söhbət salanda
Gözlərim yaşarır, dinə bilmirəm,
Oğul atasına həsrət qalanda,
Deyin, necə gülüm, gülə bilmirəm.

Nə olsun çoxundan yaxşı geyirəm,
Dağ boyda qəm hara, geyinmək hara,
Atası olana xoşbəxt deyirəm,
Yanıram mənimtək atasızlara...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Sevgi şerləri
loading...