Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səni Sevdiyimə Utanıram

Bir vaxt ayrılığı təsvir edərdin,
İndi ayrılmışıq təsvir edirsən?
Bir vaxt görüşümə gəlib gedərdin.
İndi yuxularıma gəlib gedirsən.

Bir vaxt mən sənindim, sən mənim tənim,
İndi o barədə düşünməyirsən.
Bir vaxt gözlərimdən öpərdin mənim,
İndi gözlərimə görünməyirsən.

Bir vaxt yolun üstə gəlib durardım,
İndi o yollarda qalmayıb izin.
Bir vaxt mənimlə bir xəyal qurardın,
İndi xəyallara dönmüsən özün.

Bir vaxt bizi görən ayrı seçməzdi,
İndi bizi görən nə fikirləşər.
Bir vaxt aramızdan suda keçməzdi,
İndi aramızda dərya yerləşir.

Sonrakı peşmançılıq vermiyir fayda,
Bu söz həqiqətdi inaniram mən.
Çünki bu peşmançılığı məndə çəkmişəm,
SƏNİ SEVDİYİMƏ UTANIRAM MƏN..


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 41 Bölmə: Sevgi şerləri
loading...