Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QALSAM SƏNİNLƏYƏM, ÖLSƏM BAĞIŞLA...

Bu sevgi yolunda səninlə birgə gedərkən
Nə qəm bildim Nə kədər bildim nədir
Yanımdan ayrılıb sən tərk edərkən
Bax göz yaşlarıma düşün sən məni
Sevmək nəsib olmadı bizə həyatım
Sənin gözlərində istərəm batım!
Ömrümdə tək sevgim qolum qanadım
Qalsam səninləyəm Ölsəm bağışla...




Sevgim bu yollarda cəsur mətindir
Sənsiz hər bir anım çox çox çətindir
Məni yaşadansa məhəbbətimdir!
Qalsam səninləyəm Ölsəm bağışla...




Sevənlər qovuşur bir-birlərinə
Mən sənə həsrətlə baxıb yanıram
Səni özümdəndə artıq sevirəm
Mən sənə demişəm yenə deyirəm
Qalsam səninləyəm Ölsəm bağışla...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 59 Bölmə: Sevgi şerləri
loading...