Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Chox Darixmişham!

Hərdən danışardıq gizli sevgidən,
Çarəsi olmayan bir məhəbbətdən,
Bilmirəm bu gecə bilmirəm nədən,
Özüm də bilmədən, çox darıxmışam.
Ağlama sevgilim yenə ağlama,
Yenə qəm gətirmə qəmli dünyama,
Səninçün sevgilim, səninçün amma,
Özüm də bilmədən, çox darıxmışam.
Bax artıq neçə ay keçib neçə gün,
Narahat qalmışam canım səninçün,
Bir tək zəngin üçün bir mesajınçün,
Özüm də bilmədən, çox darıxmışam.


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 80 Bölmə: Sevgi şerləri
loading...