Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vefasiz...

İntizar gözlərin baxır yollara,
Ürəyim həsrətlə gözləyir səni.
Gəlmirsən ilk eşqim, son məhəbbətim,
Sevginin dəyəri bu qədərdimi?

Eşqin havasına sərxoşam yaman,
Gözlərim yalnızca səni axtaran.
Susqun gözlərində odlu baxışlar,
Amma sən gəlmirsən, məni bağışla
Bağışla, sevgilim, bağışla məni,
Bağışla eşqimin ilk məhəbbəti.
Neyləyim sevmirdin-sevmirdin məni
Axtarmır ürəyin, axtarmır məni.

Gözlərim yollarda, qulağım səsdə,
Hər zaman düşünüb, yanıram qəlbən.
Əlimdən gəlməyir, biçarəyəm mən,
İnsafsız, bir dəfə zəng eləsənə.

İlləri illərə qatdım çarəsiz,
Yazdım şeirlərdə sənə sevgimi.
Qaldırıb əlləri ulu Tanrıya,
Yalvardım ki, səni unudum təmiz!!


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 144 Bölmə: Sevgi şerləri
loading...