Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Sevgiden Sen Qorxursan Eybi Yox

Bu sevgidən sən qorxursan eybi yox,
Mən sevirəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr,
Mən gedərəm ikimizin yerinə.

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.

Gül deyirəm, gül qəlbinə dəyirəm,
Mən səninçün Tanrı yazan şeirəm.
Dodaqları inciməsin deyirəm,
Mən öpərəm ikimizin yerinə...

Min əzabdır sənsiz keçən hər günüm,
Unutmuşam yaxşı, yaman fərqini
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.

Taleyimdə sən açılan gülümsən,
Süzüb qara gözlərini gülümsə.
Bu sevginin sonu əgər ölümsə,
Mən ölərəm ikimizin yerinə...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 119 Bölmə: Sevgi şerləri
loading...