Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mene Bir $Ekil Cek...

Mənə bir şəkil çək...
Səni xatırlatsın...
Mənə bir şeir yaz...
Duyğularımı yada salsın..

Mənə bir çiçək dər...
Heç zaman solmasın...
Mənə bir məktub göndər..
Oxuyuduqca qurtarmasın..

Bir arzu tut...
Gerçəklərdən uzaq olsun...
Bir körpü tik...
Yolu sənə yaxın olsun...

Bir xəyal qur...
Heç zaman bitməsin...
Əllərimi bərk tut...
Ruhum səndən uzaq düşməsin

Bir yarpaq arzum ki,
Sən qoxsun...
Bir Nağıl söylə ki,
Qəhrəmanlar xoşbəxt olsun...

Bir tək sən deyirəm,çünki tək sevgimsən..
Sən yaşıllar içində gülsən çiçəksən...
Ancaq heç zaman solmayan...
Sən susan ruhumu aydınladan..

Sən eşqimsən..
Amma yarım qalan..
Sən Ən böyük arzumsan..
Amma ürəyimdə solan...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Sevgi şerləri
loading...