Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mayonezli toyuq salatı resepti

Tərkibi:
500-600g toyuq sinəsi
2 böyük kök
1 xiyar
4-5 budaq təzə soğan
2 şirin iti bibər
2-3 diş sarımsaq
2-3 qaşıq qatıq
1 şüşə mayonez 500g lıq
İstəyə görə 1 qutu qarğıdalı duzlanmış
Yarım dəstə təzə şüyüd və ya 2 yemək qaşığı quru şüyüd
Duz
Qara bibər
Qırmızı toz bibər

Hazırlanması:
Toyuq sinəsini yarım saat qaynadın, bişdikdən və soyuduqdan sonra toyuq sinəsini didikleyin, sarımsaq duz və qalan ədviyyatları qarışdırın.
Digər tərəfdə bütün tərəvəzləri kiçik kiçik dilim.
Hamısını qarışdıraraq mayonez qatıqla çırpın və ən son hamısını birdən qarışdırın.

Qeyd: Axşamdan edib bir gecə soyuducuda qalınca daha ləzzətli olur.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:24 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Salat tarifleri
loading...