Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salatlı hamburger resepti

Tərkibi:
400 qr çəkilmiş dana əti
Duz
Qara bibər
2 pomidor
4 xiyar turşusu
1 soğan
4 yarpaq kahı
2 şorba qaşığı duru yağ
2 şorba qaşığı mayonez
4 şorba qaşığı ketçup
4 hamburger çörəyi

Hazırlanması:
Qiyməni duz və qara bibərlə dadlandırın. Ardından qiymədən 4 yastı küftə hazırlayın.
Pomidoru yuyun yuduqdan sonra dilimləyin.
2 xiyar turşusunu kiçik kvadrat halında doğrayın. Qalanı incə incə dilimləyin.
Soğanı soyub yarısını kiçik kvadrat halında doğrayın, yarısını isə halqa halında doğrayın.
Kahı yarpaqlarını yuyub suyunu süzün.
Böyük bir tavada yağı qızdırın, küftələri 3 dəqiqə qədər qızardın.
Mayonez və ketçupu qarışdırın. Çörəkləri iki yerə bölüb ketçuplu qarışığı sürtün.
Çörəyin alt qisminə kahı, kiçik kvadrat halında doğranmış soğan və turşuları yerləşdirin.
Küftəni üzərinə qoyub, qalan ketçuplu qarışığı üzərinə sürün.
Son olaraq halqa halında doğranmış soğan, pomidor və turşu dilimlərini əlavə edib çörəyin üst qisimini bağlayın.
Nuş olsun!


Tarix: 23.11.2014 / 14:11 Müəllif: Aziza Baxılıb: 86 Bölmə: Salat tarifleri
loading...