Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl və baş titrəmələri

Titrəmələr insanın iradəsi xaricində olan incə ritmik hərəkətlərdir ki, bu hərəkətlər ən çox əl və baş bəzən isə ayaq nahiyələrində özünü göstərir. Titrəmələr genetik olur və səbəbi dəqiq bilinmir. Bəzən titrəmələr çox az olduğu üçün normal vəziyyətdə görülməsə də su ilə dolu bir stəkan götürdükdə bu titrəmə açıq hiss olunur.
Titrəmələrin ən önəmli səbəbi kimi mərkəzi sinir sisteminə təsir edən xəstəliklər və ya dərmanlar göstərilir. Ən çox rast gəlinən titrəmə xəstəliyi isə əsasən yaşlılarda olan Parkinson xəstəliyidir. Qaraciyər çatışmamazlığı, alkoqolizm və ya civə zəhərlənməsi də titrəmələrə səbəb ola bilər.
Gənc yaşlarda titrəmələrə səbəb isə əsasən alkoqolizim, kofein və stress ola bilər.


Tarix: 08.01.2015 / 15:38 Müəllif: Aziza Baxılıb: 28 Bölmə: Saglamliq
loading...