Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göz təzyiqi korluğa yol açır

Aparılan bəzi araşdırmalar göz təzyiqinin (Glokom) müalicə edilmədikdə korluğa səbəb olduğunu göstərir. Tədqiqatlarda göz təzyiqinin korluğa səbəb olan ilk üç xəstəlikdən biri olduğu müəyyən olunmuşdur. Həmçinin təzyiq nəticəsində yaranan korluğun müalicəsi mümkün deyil. Tədqiqatlar göstərir ki, dünyada təqribən 3 milyon insan göz təzyiqindən əziyyət çəkir.
Göz təzyiqinin əlamətləri aşağıdakılardır:
• Arabir bulaniq görmə
• Səhərlər yaranan baş ağrıları
• Gecəler işıqların ətrafında halqalar görmək
• Göz ətrafında ağrılar
kimi göstərilir.

Bu xəstəliyin genetik olduğu bildirilir və ailədə bu xəstəliyə rast gələn zaman ailənin digər üzvləri mütləq müəyyən müddətlərdə əsasən 35 yaşdan sonra həkim nəzarətində olmalıdır. Göz təzyiqinin əsasən şəkər xəstələrində, qan azlığı və miqreni olanlarda, dəyişkən təzyiqə malik olanlarda olma risqi daha çoxdur.


Tarix: 08.01.2015 / 15:37 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Saglamliq
loading...