Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yuxusuzluğun beyinə zərəri haqqında

Həftə sonunda yatıb yuxunu almaq həftə ərzində yuxu qıtlığının fəsadlarını aradan qaldırmır.

159 adamı müayinə etmiş amerikalı alimlər müəyyən ediblər ki, bir gecə 10 saat yatmaqla bir neçə gecə ərzində 4 saatlıq yuxunun əvəzini çıxmaq olmur.

Bu adamların diqqət müddətini və reaksiyalarını yaxşılaşdırmır. Bu barədə məqalə Sleep jurnalında dərc edilib.

Tədqiqatın rəhbəri doktor Devid Dinges deyir ki, xroniki yuxusuzluq müxtəlif fəsadlara yol aça bilər:

"Xronik yuxu qıtlığı ilə müşayiət edilən həyat tərzi yuxu təzyiqini artırır və ayıqlığın itirilməsinə, habelə səhvlərə yol verilməsi mümkünlüyünün artmasına aparır."

Bundan əvvəlki araşdırmada doktor Dinges müəyyən edib ki, iki həftə ərzində gündə 6 saat və ya daha az yatmaq iki gecə tamamilə yatmamağa bərabərdir.


Tarix: 08.01.2015 / 14:23 Müəllif: Aziza Baxılıb: 26 Bölmə: Saglamliq
loading...