Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Duşda çimərkən qulağa çox su dolmasına imkan verməyin

Təmizlik imandandır" deyiblər. Hamamda çimib pak olmaq da hər insanın görməsi gərək işlərdən sayılır. Lakin elə həmin hamamda su paklıq və rahatlıq əvəzinə, ölüm gətirə bilər.

Duşda çimərkən sudan təhlükəli mərəzə yoluxmaq təhlükəsi mövcuddur. Böyük Britaniyanın tanınmış aktyorlarından Endryu Hennesi də məhz bu minvalla yatağa düşüb.
O, əvvəlcə qripə yoluxub, sonra isə xəstəlik qulaq infeksiyasına çevrilib.

"Səhər ayılanda gördüm ki, qulağımdan axan irin yatığımda ləkə-ləkə olub. Fikirləşirdim ki, adi qulaq infeksiyasıdır, keçib gedər. Amma sən demə, bakteriyalar qanıma keçərək ürəyimə yerimiş, oraları zəhərləmişdi. Dostum halımı görəndə təcili yardım çağırıb məni xəstəxanaya apardı", - 45 yaşlı aktyor deyib.

Londondakı "İndependent Hospital" ın həkimlərinin dediklərinə görə, Hennesi reanimasiya bölməsinə gətirilərkən onun nəbzi dəqiqədə 200 döyüntü olub.
Reanimasiyada həkimlərin təcili müdaxiləsi olmasaydı, Hennesi ölə bilərdi.

York hospitalının kardioloqu, professor Naycel Daremin dediyinə görə, Hennesidə miokardit olub.

"Çoxları bunu bilmir və inanmırlar ki, hamamda çimərkən burunlarına, qulaqlarına dolan suda çoxlu bakteriyalar var, sonra da həmin bakteriyalar ölümcül xəstəliyə səbəb olar. Həmin bakteriyalarla viruslar qana keçir, ürək əzələlərinə hücum çəkirlər. Ultrasəs müayinəsi zamanı ürək əzələlərinin hüceyrələri arasında su görəndə anlayırıq ki, pasiyentimiz hamamda çimərkən infeksiyaya yoluxub", - Darem deyib.

Darem bildirir ki, hamamda çimərkən ölməmək və ölümcül xəstəliyə yoluxmamaq üçün qulaqlara çox su dolmasına imkan verməmək gərəkdir.

... Həkimlərin dediklərinə görə, Hennesinin 45 yaşı olsa da, onun ürəyi 85 yaşlı qocanın ürəyi kimidir. Səbəb isə hamamda çimərkən qulağa düşən sudur.


Tarix: 08.01.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 25 Bölmə: Saglamliq
loading...