Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hansı vitamin sizin üçün faydalıdır?

Sağlam həyat üçün bir sıra qidalar mövcuddur ki, onların tərkibində qidaların 4 əsas maddəsi hesab olunan proteinlər, yağlar, karbohidratlar və yemək duzu kimi makroqidalandırıcılar var. Bu qidalar bədən tərəfindən kifayət qədər qəbul edilsədə, sağlam həyata davam etmək üçün yetərli hesab olunmurlar. Bu səbəbdən bu qidalarla bərabər vacib vitaminlər hesab olunan dəmir, sink, mis, yod, xrom, maqnezium, manqan, molibden, venadium və silisium kimi əsas minerallar da qəbul edilməlidir. İqlim və coğrafi bölgə şərtlərinə görə D vitamininə olan ehtiyac dəyişə bilər. Günəşli bir mühitdə, açıq havada yaşayanlarda, dəridə kifayət dərəcədə vitamin sintez edildiyi üçün bu vitaminə ehtiyac azalır. D vitamininin ən əsas qaynağı dəridir. Şimal ölkələri və dərin vadilər kimi az günəşli yerlərdə yaşayan və peşəsi ilə əlaqəli olaraq gündüz vaxtını qapalı məkanlarda keçirənlərdə D vitaminə ehtiyac duyurlar. Ümumiyyətlə vitaminlər üzvi birləşmələr olub, insan və heyvanların qidasının zəruri hissəsidir. Maddələr mübadiləsinin tənzimində vitaminlər xüsusi rola malikdir. Vitaminlərin əsas mənbəyi bitki mənşəli qidalardır. Lakin onlar, həmçinin balıq və ət məhsullarında, süddə, yumurtada da vardır. Qidanın tərkibində vitaminlər olmadıqda orqanizmin funksiyası pozulur və xəstəliklə-avitaminoz (sinqa, raxit, qanaxma, boyatmanın ləngiməsi) baş verir. Bəzi vitaminlər işığın, temperaturun və oksigenin təsirindən dağıldığından qəbul olunmuş belə qidada vitaminlər çatışmır və orqanizm vitamin çatışmazlığından əziyyət çəkir. Vitaminlər bədəndəki metabolik proseslərin normal şəkildə meydana gəlməsi və davam etdirilməsi üçün lazım olan və qidalar içində az miqdarlarda olan maddələrdir. Vitaminlərin bədənimizə əlavə olaraq alınması sağlamlığımız baxımından çox əhəmiyyətli hesab olunur. Bunun üçün yeməklərin yanında hər zaman vitamin almaq gərəkli olur. Həddindən artıq yorğunluqdan əziyyət çəkən insanlara B12 vitamininin qəbulu məsləhətdir. Şəkər xəstəsi olanlar isə damar sağlamlığı üçün tiamin vitaminindən istifadə etməlidirlər. Siqaret çəkənlər C vitamini, B6 vitamini və fol turşusu vitamini qəbul etsələr yaxşı olar. Həddindən artıq spirtli içki qəbul edən şəxslər tiamin vitamini, fol turşusu ilə olan vitamini, A vitaminini, D vitamini və B12 vitamini istifadə etməlidirlər. Hamiləlik və ya süd vermə zamanı, C, B1, B6, B12, fol turşusu vitaminlərindən əlavə, dəmir, kalsium kimi minerala ehtiyac artır. Hamilə olanlar isə kalsium, fol turşusu, biotin və dəmirlə zəngin olan vitaminləri qəbul etməlidirlər. Dəri və diş əti problemi yaşayanların isə C vitamini ilə zəngin olan qida və vitaminlərdən istifadəsi uyğun görülür. Menopauzalı qadınlara Kalsium və D vitaminlərindən istifadə məsləhətdir. Vegeteriyanlar isə B12 vitamini qəbul edə bilərlər. Görmə problemləri çəkənlər A vitamini qəbul etməlidirlər. Sümük problemi yaşayanlara D vitamini uyğun görülür. Böyrək çatmazlığı olanlar isə fol turşusu və D vitamini qəbul etməlidirlər.


Tarix: 08.01.2015 / 13:30 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Saglamliq
loading...