Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

C vitaminini dərmanlardan deyil qidalardan alın

C vitamini olan dərmanlardan istifadə böyrəkdə olan daşların meydana gəlmə riskini artırdığı bildirilir.
İsveçdəki Karolinska İnstitutunun bir sıra elm adamlarının apardığı araşdırmada, nizamlı olaraq C vitamini həbi istifadə edən kişilərdə böyrək daşının meydana gəlmə riskinin daha çox olduğu göstərilib. Verilən məlumata görə 11 il davam edən araşdırmaya 23 min 355 adam qatılıb.
Gündə 1000 mg C vitamini möhkəmlətməsi aparmaq istəyən şəxslərdə böyrək daşının meydana gəlmə riski, C vitamini istifadə etməyənlərə görə iki qat çox olduğu qeyd olunur.
Daimi olaraq multivitamin istifadə edən insanlarda isə böyrək daşı riski ilə vitamin istifadəsi arasında əlaqə deyilənə görə müəyyən olunmayıb.
Tərkibində C vitamini olan qidaların qəbulunun əhəmiyyətli olduğunu vurğulayan araşdırmaçılar, gündə ortalama 75 mg C vitamininin tövsiyə edildiyini bildirirlər.
Mövzuya bağlı məqalə, "Science Daily" jurnalının internet saytında nümayiş olundu.


Tarix: 08.01.2015 / 13:24 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Saglamliq
loading...