Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qocalmanı ləngidən 5 vitamin

Yaş irəlilədikcə maddələr mübadiləsinin sürətində azalmanın baş verməsi, dad alma duyğusunda isə dəyişmə olduğundan metobolik dəyişikliklər ola bilər.
Yağsız toxuma kütləsində azalma olduğundan, fizioloji və metabolik dəyişikliklər zamanı qidalanma xüsusi rol oynayır.
Yaşlılıqda əhəmiyyət daşıyan başlıca 5 vitamin "B12 vitamini, kalsium və fosfor, Omega-3 yağ turşuları, sink və D vitamini qocalmanı tezləşdirən ünsürlərin qarşısını almaq üçün faydalı hesab olunur.
B12
B 12 vitamini, ürək-damar sağlamlığının qorunması, qan hüceyrələrinin artımı, zehni funksiyaların davam etdirilməsi, qaraciyər xəstəliklərindən qorunma və sinir sistemi funksiyalarının saxlanılmasında əhəmiyyətli hesab olunur.
Kalsium və fosfor
Kalsium və fosforun sümük və diş sağlamlığının qorunması, sümük əriməsinin qarşısının alınması, əzələlərin güclənməsi, sinir sisteminin çalışması üçün vacib hesab olunur.
Omega-3 yağ turşuları isə ürək-damar sağlamlığının qorunmasında, köklükdən qorunmada, oynaq iltihablanmalarından qorunmada əhəmiyyətli olduğu bildirilir.
Sink
Sinkin immunitet sistemini gücləndirdiyini, xəstəliklərə qarşı müqaviməti inkişaf etdirdiyini, unutqanlıq və stressdən qoruduğu deyilir.
D vitamini
D vitamini çatışmamazlığı olanda bir çox oynaq probleminin ortaya çıxa bilər. yaşlandıqca qanda D vitamininə nəzarət vacib sayılır.


Tarix: 08.01.2015 / 12:51 Müəllif: Aziza Baxılıb: 46 Bölmə: Saglamliq
loading...