Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vanna qəbulunun faydaları

Vanna qəbulunun əsas faydaları ilə bərabər immunitetə də kömək etdiyi bildirilir.
Bunun üçün kompleks tədbirlərin görülməsi vacibdir. Məsələn: moruq, çaytikanı, qarağat, dərgil yarpağı, onların qurudulmuş meyvəsi vanna qəbulu və immunitet üçün önəmli hesab olunur. Həmin komponentlərdən bərabər miqdarda götürüb, üstünə qaynar su əlavə edərək, 5-10 dəqiqə yerdəmi almasını gözləyin.
Sonra suyu süzüb vannaya əlavə edin. İstəsəniz, vannadakı suya 3-4 damcı evkalipt və ya sidr yağı da əlvə edə bilərsiniz. Prosedurun müddəti 10-15 dəqiqədir.
Müntəzəm olaraq belə vanna qəbul etmək immuniteti möhkəmləndirməyə kömək edir, soyuqdəymə nəticəsində çətinləşən tənəffüsü yüngülləşdirir, baş ağrılarını, oynaqdakı sızıltını azaldır. Ayaqların tərləməsi istər qadın, istər isə kişiyə diskomfort hesab olunduğundan bu problemin həlli üsullarından biri vanna qəbuludur.
Bu prosedurların çoxlu sayda olmasına baxmayaraq, onlardan biri ilə sizi tanış edək. Bunun üçün 1 stəkan xırdalanmış dazıotu, 2 litr qaynar su lazımdır.
Dazıotu üzərinə qaynar suyu töküb, od üzərində 20 dəqiqə saxlamaq lazımdır. Ardınca 1 saat oddan kənar saxladıqdan sonra süzmək gərəklidir.
Vanna qəbulu zamanı yaxşı olardı ki, suyun tempraturu 34-37 dərəcə olsun. Prosedur 20 dəqiqə davam etməlidir və bir gündən bir həyata keçirilməlidir.


Tarix: 08.01.2015 / 12:51 Müəllif: Aziza Baxılıb: 93 Bölmə: Saglamliq
loading...