Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Artıq çəki və onun həlli yolları

Məlumata görə artıq çəkidən azad olmağa böyümə hormonu (HGH) həbləri, tozları və iynəsi kömək edir. Bu istiqamətdə müxtəlif fikirlərin olmasına baxmayaraq prosedurları bilmək və ona riayət etmək ən düzgün yoldur.
Bildiyimiz kimi çəki problemləri müxtəlif səbəblərdən olur. Həmin səbəblərə hormonal səbəblər, qidalanma problemləri, hərəkətsizlik, stress, lazımsız dərman qəbulu və s. aiddir.
Hormonal tarazlıq
Hormonal tarazlıqda olan problemlər artıq çəkiyə şərait yaradır. Uyğun pəhriz seçilmədən əvvəl, hormonal testlər aparılmalı və problem dəqiq müəyyənləşdirilməlidir. Hormonal tarazlıq daha çox qadınlar üçün əhəmiyyətlidir.
Balanssız qidalanma
İnsanların tez-tez etdiyi səhvlərdən biri çox yeməkdir. Bu həqiqətən ciddi problemdir. Çünki, alınan kalorilər xərcləndiyəndən çox olduqda artıq çəki problemi olur. Bu daha çox balanssız qidalanma nəticəsində baş verir. Ona görə çoxlu qida qəbulunu dayandırmaq və pəhriz saxlamaq lazımdır. Lazımi prosedurlara əməl etdikdə, balanslı qidalandıqda bu problem tez həll olunur. Gün ərzində daha çox hərəkət etmək, idmanla məşğul olmaq da lazımdır.
Stress
Sosial qayğıların və problemlərin daha çox olduğu şəhərlərdə stressə düçar olan insanlar az deyil. Stress artıq çəkinin yaranmasına, cinsi hormonların azalmasına, həzm sisteminin zəifliyinə, qan şəkərinin yüksəlməsinə səbəb olur. Bunun üçün stressə səbəb olan amillərdən uzaq olmaq, faydalı işlərə istiqamətlənmək lazımdır. Stresslə mübarizədə düzgün həyat tərzi, idman məşqləri, bəzi qidaların və vitaminlərin normada qəbulu əsasdır.
İngilis pəhriz və qidalanma mütəxəssisi Amanda Ursell, stresslə mübarizədə faydalı qidalardan danışıb. Daha çox kalsium və maqneziumla zəngin olan, əzələləri rahatlaşdıran, sinir sistemini və təzyiqi normallaşdıran qidaların seçim edilməsini məsləhət görüb. Lakin, yuxu nizamını pozan, nəbzi və təzyiqi yüksəldərək sinir sisteminə güclü təsir edən kofeindən gərəksiz istifadəni məsləhət görməyib.
Bəzi məlumatlarda bildirilir ki, hindistan qozunun suyu, spanaq, balqabaq çəyirdəkləri, gül kələmi, quru maya, quş qonmaz bitkisi stressə faydalıdır.


Tarix: 08.01.2015 / 12:05 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Saglamliq
loading...