Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Heyvan tükləri xəstəlik səbəbidir

Məlumata görə ev heyvanlarının tökdüyü tüklər, xəstəliklər yaradır. Ev heyavanı saxlayan şəxslər buna ciddi yanaşmalı və lazımi tədbirlər görməlidir.
Xüsusən çoxlu tük tökən pişik növünə diqqət edilməlidir. Bu tüklər qidalanma zamanı yeməyə qarışdıqda uşaqlarda ciddi xəstəliklərə səbəb olur.
Heyvanlarla təmasdan sonra uşaqların mütləq əllərini bol su və sabunla yumaları lazımdır.
Evlərində dovşan saxlayanlar bağçada və bənzəri mühitlərdə siçanların olub olmamasına fikir verməlidir.
Çünki, siçanın dovşanı dişləməsi nəticəsində yoluxucu xəstəliklər keçə bilər. Nəticədə həmin xəstəlik dovşanla təmasda olan insana keçir.
Bu cür vəziyyətlərdə zaman itirmədən heyvanları baytar həkiminə aparmaq və müalicə etdirmək lazımdır.
Eyni zamanda pişik, it kimi heyvanlara nizamlı olaraq peyvəndlər edilməlidir. Baytar həkimləri tərəfindən peyvənd kartları da araşdırılmalıdır.


Tarix: 08.01.2015 / 11:56 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Saglamliq
loading...