Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Stressi azaldan təbii üsullar

Stressi yox etmək, enerjinizi toplamaq və özünüzü güclü hiss etmək üçün sadə prosedurlara belə əməl etmək yetərlidir. Fiziki aktivlik, lazımi miqdarda maye qəbulu, gündəlik rejim və sağlam qidalanma depressiyanı aşağı salmağa kömək edir.

Bildiyimiz kimi, stress və depressiya daha çox əhval-ruhiyyənin pisləşməsindən, psixoloji düşkünlükdən, hər şeyə marağın itməsindən, tez yorulmaqdan, iş qabiliyyətinin aşağı düşməsindən və bir çox səbəbdən olur. Bunun üçün vaxtınızı düzgün nizamlamağa da diqqət yetirin. Səhərlər yuxudan tezdən oyanın.
Göruləcək işləriniz coxdursa, başqalarına da guvənməyi və nəsə tapşırmağı öyrənin. Fiziki aktivlik də lazımdır.
Gün ərzində heç olmasa boş vaxtlarda 30 dəqiqə fiziki hərəkətlərə (məşqə) zaman ayırın.

Yuxudan əvvəl məşq etməyin, bu yuxunu poza bilər və səhər özünüzü yorğun hiss edərsiz.

Onuda qeyd etmək lazımdır ki, bu cür hallarda bəzi insanlarda yuxu nizamı və iştah pozulur, gələçəkləri haqqında bədbin fikirlər, günahkarlıq hissi və umidsizliklər yaranır. Bunun üçün zərərli vərdişlər və işlərdən uzaq olmaq məsləhətdir. Belə olduqda sağlam olmaqla əhval ruhiyyənizi qorumuş olarsınız.

Həmçinin qidalanmanıza diqqət yetirin və sizə uyğun olan qidalanma rejimini seçin. İstəyə uyğun bir stəkan qəhvə içərək, hindistan qozundan istifadə edə bilərsiniz.
Bu enerjinizi gücləndirməyə kömək edər.

Gündə 2,5 litr su içmək sizi həm enerjili həm də tox saxlayacaq. Bədəninizdə ağrı, halsızlıq və ya yorğunluq kimi şikayətlərin meydana gəlməsinə maneə törədən su olduqca əhəmiyyətli bir qidadır.


Tarix: 08.01.2015 / 11:06 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Saglamliq
loading...