Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazan ayı və Orucu gerçəkliyi ilə dərk edək

Bəzi Müsəlmanlar təəssüflər olsun ki, Ramazan ayı haqda məlumat baxımından yoxsuldurlar. Çünki, bu müsəlmanlar Ramazan ayının nə olduğunu, hikmətini dərk etmirlər. Bilik, yaxud iman əvvəl gəlir? deyə soruluşarsa əlbəttə ki, cavabımız bilik əvvəl gəlir olacaqdır.İnsan iman etdiyi şeyi bilməli və ondan qafil olmamalıdır. Oruc qul ilə Allah arasındakı ibadətdir. Amma insanlar orucluykən göstərə-göstərə yemək yemək oruc tutan insanlara hansı dərəcədə hörmət göstərməkdir?

Oruc tutan bir insan, oruc tutmayan insan haqqında pis fikirdə olmamalı, buna əlavə olaraq da oruc tutmayan bir insan oruc tutan insanın yanında yeyib-içməməli, bu şəkildə ona hörmət etməlidir. Xüsusilə iftar vaxtları azanın oxumasını gözləyən və mədəsi aclıqdan qovrulmuş orucluların yanında, azan oxunmadan yeməyə başlayan insanların oruc tutanlara hörməti mədəniyyətlə səbr etmək və iftardan sonar yemək onlara qarşı ən azı hörmətdir.
Dükanında içki satan bir satıcı düşünün. Ona desəniz ki, Ramazan ayında dükanını niyə bağlayırsan? Sizə deyər ki: “Qardaşım, Mübarək Ramazan ayında içki içmək olar? Mən müsəlmanam, Ramazanda içki satmaram. Çünki, Ramazan ayında içki satmaqla əldə edilən pul haramdır!” Sanki başqa vaxtda haram deyilmiş kimi…Sanki insanların içkiylə zəhərlənməsi haram deyilmiş kimi. Elə isə, nəyə görə başqa günlərdə bu adam içki satır? Çünki, çox təəssüflər olsun ki, elm, bilik yoxdur. Sadəcə bu insan nəyisə bildiyini zənn edir. Əslində isə bilmir. Eyni vəziyyət Ramazanda içkiyə ara verib, Ramazandan sonra içkiyə davam edən insanlar üçün də keçərlidir. Cəmiyyətdə bəzən rast gəldiyimiz “Ramazan ayında içki içmək olmaz” kimi səhv düşüncələrin yeganə və tək səbəbi elmsizlikdir. Bu fikirləri də həyatına yerləşdirən və həqiqəti bilməyən insanlar, oxumadığı üçün, yaxud bilmək istəmədiyi üçün, bu qısa həyatı hədəfə almışlar, belə fikirlərin bəzən yayılmağına da xidmət edirlər. Əlbəttə, Ramazan ayında bəzi hərəkət və davranışlara daha ziyadə diqqət etmək gözəl əməldir, amma umulur ki, bu mübarək ay vəsiləsi ilə qazanılan alışqanlıqlar ardıcıl olsun, tövbələr edilsin və pis adətlər də təkrarlanmasın. Ancaq, yenə təəəsüflə qeyd etməliyik ki, hər zaman belə olmur. Şübhəsiz, Allah hər şeyin iç üzünü bilir. İlk əvvəl Rəbbimizin bizə göndərdiyi Qurani Kərimi oxumaq gərəkdir və inanırıq ki, müsəlman oxuduqca həqiqəti, əmrləri, münafiqləri, inkar edənləri, fitnə törədənləri çox aşkar görəcək və heç kimin dindən istifadəsinə yol verməyəcəkdir. Biləcək ki, içki Ramazan ayında deyil, heç bir ayda içilməməlidir! Bu ayın sonunda yalnız əhyalarda Allah rizasi üçün oruc tutanla vardır və bəzi insanların bütün ayı vacib bilməyərək yalnız son günlərdə oruc tutmağı xüsusi savab olduğu kimi yalnış fikirlərinə də rast gəlirik. Əslində elmli və Ramazan biliyi olan bir insan həqiqətdə bütün Ramazan ayının oruc tutmağın yalnız savab deyil hər bir müsəlmana fərz olduğunu anlayacaqdır və biləcəkdir ki, son günlərdə oruc tutanlar onların fikrincə “xüsusi savablara” nail olmur, Allahın bizə fərz etdiyi ibadəti yerinə yetirmiş olurlar. Müsəlmanlıq, sadəcə, Ramazan ayı üçündürmü? Namaz möminin günlük tərəzisi, cümə namazı möminin həftəlik tərəzisi, oruc möminin ilinin tərəzisi, həcc də, möminin həyatının tərəzisidir. Orucu sadəcə “mədənini ac qalması” olaraq görən insanlar əbəs yerə ac qalmaqdadırlar. Oruc insanın özünü bir çox haramdan, hətta məkruhdan qoruması və səbr etməyi öyrənməyidir. Niyə ildə bir Ramazan ayı var? Bunun səbəbi vardır. 1 ay müddətində Allahın qullarına “adət halına gətidikləri pis xasiyyətlərini və günahlardan qurtulma, savab qazanmaq fürsətini” verməsidir. Məsələn, içki içən və ya siqaret çəkən bir insan bir ay boyunca bunlardan uzaq olaraq bu pis adətlərdən həmişəlik qurtula bilər. Cəmiyyətimizdə bəzi səvh düşüncəli insanlar Ramazan boyunca çəkilməyən siqaretdən və içilməyən içkidən sonra” çöldə susuz qalan bir insanın suya qovuşması kimi Ramazanda sonra eyni adətlərinə davam edirlər. O zaman bəlkə, onlarca Ramazan ayı keçirmə fürsətinə sahib olan bir insane heç bircə də olsa Ramazan ayından bərəkətlənməz, Ramazandan sonar köhnə adətlərinə eyniylə davam edər. Bunlardan sonra Ramazan ayı, oruc, namaz, Qədr gecəsi,bayram, bayram ziyarətləri və bir çox xüsusda hədisi şəriflərdən bəhs edək, umulur ki, hamımıza faydası toxunar.

„Oruc şəhvəti kəsər.“ (Əhməd)
“ Səbəbsiz , Ramazanda bir gün oruc tutmayan, bunun yerinə bütün il boyu oruc tutsa, Ramazanda o bir gün ki, savaba qovuşmaz.“
„Allahu Təala buyurar: Hər yaxşılığa, on mislindən 700 mislinə qədər savab verilər. Fəqət oruc mənə məxsusdur, onun mükafatını mən verərəm.“
„Səhura qalxın, çünki, səhurda bərəkət var.“ (Buxari)
“Bir loxma olsa da səhur yeməyini yeyin! Çünki, onda bərəkət var.“ (Deyləmi)
„ Allah qatında əməllərin ən qiymətlisi, möminin bir sıxıtısını aradan qaldıraraq, borcunu ödəyərək və ya qarnını doyuraraq onu sevindiməkdir.“ (İsfəhani)

„Müsafir, süfrədə olduğu müddətdə, mələklər ev sahibinə dua edər.” (Təbərani)
„Qiyamətdə Allahu Təala birindən: „Mənə niyə yemək vermədin?“ deyə soruşar. O da: „Sən almələrin Rəbbisən, Sənə necə yemək verə bilərdim?“ deyər. Allahu Təala da: „ Ac olan dostuna yemək vermədin. Əgər versəydin, mənə yemək vermiş kimi savab qazanardın.“ buyurur. (Müslim)
“Dostuna, sevdiyi yeməyi verənin günahı bağışlanar.” (Bəzzar)
“Bayram səhəri Müsəlmanlar, namaz üçün məscidə toplananda, Allahu Təala mələklərdən, “ işini görüb tamamlayanın qarşılığı nədir?” deyə soruşar. Mələklər də: “Haqqını almaqdır” deyərlər. Allahu Təala da, “Siz şahid olun ki, Ramazandakı orucların və namazların qarşılığı olaraq qullarıma öz rizamı və məğfirətimi verdim. Ey qullarım, bugün məndən istəyin, izzət və camalımın haqqı üçün istədiklərinizi verərəm” buyurdu. (Bəyhaqi)


Tarix: 04.05.2013 / 18:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Ramazan
loading...