Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən yadına düşəndə – Röya Ayxan

Tənhalığın ocağında yanacaqsan,
Həsrətlərin qucağında donacaqsan,
Xatirələr ümidinə qalacaqsan
Mən yadına düşəndə.

Əzizlərin, doğmaların yad olacaq,
Düşmənlərin eşidəcək şad olacaq,
Kövrək, həzin xatirələr oyanacaq
Mən yadına düşəndə.

Ötən günlər vərəq-vərəq çevriləcək,
Soyuq rüzgar ürəyini göynədəcək,
Körpə uşaq kimi qəlbin kövrələcək.
Mən yadına düşəndə.
Mən yadına düşəndə.
Mən yadına düşəndə.

Hara getsən yerim orda boş qalacaq,
Damla, damla gözlərinə yaş dolacaq,
Sanma qəlbin məni bir gün unudacaq.
Mən yadına düşəndə.

Əzizlərin, doğmaların yad olacaq,
Düşmənlərin eşidəcək şad olacaq,
Kövrək, həzin xatirələr oyanacaq
Mən yadına düşəndə.

Ötən günlər vərəq-vərəq çevriləcək,
Soyuq rüzgar ürəyini göynədəcək,
Körpə uşaq kimi qəlbin kövrələcək.
Mən yadına düşəndə.
Mən yadına düşəndə.
Mən yadına düşəndə.


Tarix: 22.01.2015 / 18:51 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Röya Ayxan
loading...