Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu Gün Ayın Üçüdür – Rəşid Behbudov

Bugün ayın üçüdür de gülüm nanay ay narinay
Girmə bostan içidir yar girmə bostan içidir
Dodaqların xam şəkər
Dilin badam içidir yar dilin badam içidir

Qız belin incədir ay incə
Ləblərin qonçadir ay qonça
Qız belin incədir incə
Ləblərin qonçadır qonça

Dam üstədir damımız de gülüm nanay ay narinay
Qoşadır eyvanımız yar qoşadır eyvanımız (
Sən ordan çıx mən burdan
hey hey hey hey …..
Kor olsun düşmanımız yar kor olsun düşmanımız

Qız belin incədir ay incə
Ləblərin qonçadir ay qonça
Qız belin incədir incə
Ləblərin qonçadır qonça

Araqçının məndədir de gülüm nanay ay narinay
Sərmişəm çəməndədir yar sərmişəm çəməndədir
Dünya gözələ dönsə
Mənim gözüm səndədir yar mənim gözüm səndədir

Qız belin incədir ay incə
Ləblərin qonçadir ay qonça
Qız belin incədir incə
Ləblərin qonçadır qonça


Tarix: 22.01.2015 / 18:47 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Rəşid Behbudov
loading...