Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qurani Kərimdə kosmik zamanın parametrləri

Nisbilik nəzəriyyəsinə əsasən fəza və zaman tamdır. Fəzanın mövcud olduğu məkan isə 3 ölçülüdür(en, uzunluq və hündürlük). Zaman isə 4-cü bir koordinat olub, digər 3 koordinatdan fərqlidir. Belə ki, məkanı bir və ya iki koordinatı olmadan ölçmək mümkün olduğu halda, zaman koordinatı olmadan məkan koordinatlarının heç bir mənası yoxdur. Məkan və zaman anlayışları birlikdə olduqda müəyyən məna kəsb edir.

Kainatdakı bütün hadisələrin arasında yer alan və bu hadisələri bir-bir ilə bağlayan zaman koordinatı mücərrəd bir kəmiyyətdir. Yəni bizim mövcud olduğumuz bir fəzanın deyil, onun əksi olan bir fəzanin mütləq kəmiyyətidir. Bu fəzada isə kompleks(xəyali) bir qiymətə malikdir. Təsadüfü deyil ki, Albert Eynşteyn nisbilik nəzəriyyəsini yaradarkən Şərqin böyük mütəfəkkiri Əl-Cəbrə istinad etmişdi. Bundan sonra o zaman və fəzanın birləşməsini göstərmişdir. Biri koordinat, digəri enerji olan iki kəmiyyəti bir-birilə uzlaşdırmaq üçün ölçülü zaman nəzəriyyəsi yaratmaq lazım gəlir ki, bu nəzəriyyəyə görə, məkan(yer) ölçülərində (a) uzunluğundaki şablon bir qara dəlik tərəfindən udularsa, orada (- a) uzunluğuna malik olar. Birinci ölçü (a) mütləqdir, yəni qiyməti bir cədvəllə göstərilə bilər. İkici ölçü (- a) isə mücərrəddir, yəni qiymət saatlarla ölçülür. Zamanın enerji olduğu söyləndikdə, "zaman ölçüsü"nün düz xətli olmadığı, bunun bir sahə olduğu qəbul edilmişdir. Bu isə əks tərəfdə, yəni "sıfrın" arxasından (- a) x (b)–dən yaranan sıfırdan kiçik bir məkan ölçüsü olduğu anlamına gəlir. Bu isə "zaman enerjisi" anlayışını açıqlayır. Zaman və məkan materiya ölçüləridir, lakin zaman hərəkət (dinamizm) ilə bağlı bir kəmiyyətdir. Hərəkət, dəyışkənlik yoxdursa, zaman axını da yoxdur. Hər hansı bir geometrik məkanda zamanın olmaması heç bir şey ifadə etmir. Ona görə də zaman və məkan anlayışlarına birlikdə baxılır. Məkan koordinatları sabit, zaman koordinatları isə dəyişəndir.

Hər hansı bir cisim işıq sürətinə yaxın sürətə qədər sürətlənirsə onun geometrik ölçüləri kiçilərək sıfıra yaxınlaşır. Bu halda zaman axını da dəyişgənləşir və kiçilir. Bu isə qəbul etdiyimiz nisbi zamanı yaradan nisbi sürətin hüdudlarının aşılması ilə əlaqədardır. Beləliklə, məkan ölçüləri zamanla bağlı olduğu halda, zaman ölçüərinin məkanla heç bir sabit əlaqəsi yoxdur. Zaman kvantlara təsir etdiyi halda, cazibə qüvvəsinin (qravitasiyanın) təsiri altına düşür.

İndi isə zamanın əksinə işlədiyi əks fəzanın bəzi xüsusiyyətləri ilə tanış olaq. Məlum olduğu kimi əks fəzada məkan ölçüləri mücərrəddir, yəni sıfırdan kiçik olub, kompleks (xəyali) qiymətə malikdir. Zaman isə əks fəzada geriyə işləyir, yəni kainatdakının tam əksinə dönür. Digər tərəfdən əks fəza nə qədər kiçikdirsə, onun düz fəzası bir o qədər böyükdür. Bu fəzalar arasında bir keçid nöqtəsi mövcuddur ki, bu nöqtədə zaman axını sıfıra bərabərdir. Yəni orada həyat sonsuzdur. Bu nöqtə nə əks, nə də düz fəzaya aid olmayan bir qeyri məkandır.

Həzrəti Əli "Nəhcül-bəlaga" əsərində bəhs etdiyi "b" hərfinin altındakı nöqtə də bu anlamdadır. Müasir təsəvvürlərə görə, zaman mütləq sükunət qəbul edilməsi mümkün olan bir sistemə nəzərən digər bir hərəkətdə olan sistemin hərəkətliliyini, dinamizmini xarakterize edən kəmiyyətdir. Lakin hər hansı bir sistem üçün qəbul edilmiş zaman axını ilə dinamizm arasında tərs mütanasiblik mövcuddur. Belə ki, nisbilik nəzəriyyəsinə əsasən hər hansı bir sistem sükunət qəbul edilə bilən sistemə nəzərən nə qədər sürətlə hərəkət edirsə, bu sistemdəki zaman axımı bir o qədər zəif olacaqdır. Ona görə də hərəkət edən hər-hansı bir sistemdə zamanın nisbi ölçüsünü müəyyənləşdirmək üçün həmin sistemin periodik hərəkətliliyini xarakterizə edən amillərdən istifadə olunur. Məsələn , Yerin Günəş ətrafında və öz oxu ətrafında hərəkəti , yaxud Ayın Yer ətrafında dönməsi və s. Bununla əlaqədar olaraq Qurani-kərimin Əlisra surəsinin 12-ci ayəsində deyilir: "Biz gecə və gündüzü (qüdrətinizə dəlalət edə) iki əlamət müəyyən etdik. Gecə əlamətini (sizin rahatlığınız üçün) qaranlıq, gündüz əlamətini isə işıqlı etdik ki, Rəbbinizdən bir lütf (ruzi) diləyəsiniz, illərin sayını və vaxtı biləsiniz. Biz (ehtiyac hiss etdiyiniz) hər şeyi (Qurandan) müfəssəl izah etdik".

İki sükunnətdə olan sistemlər arasında zaman axımı sıfra bərabərdir, bu sistemlərdən hər hansı birində hərəkətin meydana gəlməsi zaman axımının da meydana gəlməsinə səbəb olur ki, bu da zamanın enerji olması haqqındakı fikri bir daha təsdiq edir. Çünkü zaman axımı hərəkətlə başlayır ki, bu hərəkət də, enerjinin təzahür formalarından biridir. Kainatın kürə şəklində olduğu fikrini qəbul etsək, onda bu kainatdakı qalaktikaların hər hansı bir "vahid nöqtə" ətrafında dönməsi faktı ilə qarşılaşmalı oluruq. Bu kainatın hər hansı bir elementi bu "vahid nöqtə"yə nəzərən aid olduğu qalaktika daxilində və onunla birlikdə hərəkət edəcəkdir. Bu kainat elementlərinin nisbi sürətləri həmin məkanlarda nisbi zaman ölçüsünü yaratmış olacaq. Məsələn, içərisində olduğumuz Saman yolu qalaktikası saatda 2 milyon km. sürətlə irəliləməkdədir. Həmçinin Günəş sistemi saniyədə 400 km. Sürətlə Aslan bürcünə doğru hərəkət edir.

Kainatın "vahid nöqtə" ətrqafinda hərəkəti qəbul edilərsə, onda mütləq zamanın da mövcud olduğu və bu kosmik təqvimə görə "vahid nöqtə" məkanındaki bir günün min ilə bərabər götürülməsi səmavi kitablarda açıq-aşkar verilməkdədir: (Tövrat, Mözamir): "Çünki sənin gözündə min il dünənki gün və bir gecə sürəsi növbət kimidir" (incil, Peterin II məktubu, III fəsil) "Amma sevgililərim, bu bir şeyi unutmayın ki, Rəbbinin gözündə bir gün min il, min il bir gün kimidir".

(Qurani-kərim, Əl-həcc 47): "(Ya Məhəmməd) Onlar səni tələsdirib əzabın tez gəlməsini istəyirlər. Allah öz vədinə əsla xilaf çıxmaz! Rəbbinin dərgahında olan bir gün sizin sadaladıqlarınızın (hesabladığınız vaxtın) min ili kimidir ".


Tarix: 26.02.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 951 Bölmə: Qurani Kerim
loading...