Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanların Qurana baxışları

Hal-hazırda bütün dünya müsəlmanlarının əlində olan Quran eynilə Peyğəmbəri-Əkrəm-ə nazil olan Qurandır və onun hətta bir kəlməsi belə, artırılıb və ya azaldılmamışdır. Təfsir, üsuli-fiqh və s. elmlər sahəsində yazılan çoxlu kitablarda bu müddəaya dair aşkar mətləblər mövcuddur, əqli və nəqli dəlillər vasitəsi ilə də sübut olunmuşdur.bütün müsəlman alimlərinin – istər şiə, istərsə də sünnü – fikir birliyinə əsasən, inanırıq ki, Qurana heç bir şey əlavə edilməmişdir; eləcə də hər iki tərəfin (sünnü-şiə) mühəqqiqlərinin təqribən yekdil fikrinə əsasən, Qurandan heç bir şey azaldılmamışdır. Hər iki qrupdan olan çox az adamlar Qur’andan müəyyən bir şeyin azaldılmasına inanırlar ki, onların da sözləri məşhur İslam alimləri tərəfindən qəbul olunmur.[15]

Quranın təhrif olunma iddiasını iki kitab və iki şəxs irəli sürüblər onların adı İbni Xətib Misrinin yazdığı "Əl-furqan fi təhrifil-Quran" kitabıdır ki, 1948-ci ilində nəşr olunmuş və Əl-Əzhər Universiteti vaxtında bu məsələni izləmiş, onun bütün nüsxələrini yığıb məhv etmişlər, lakin onun bir neçə nüsxəsi qanunsuz olaraq müəyyən şəxslərin əlinə düşmüşdür. Həmçinin, şiə mühəddislərindən olan Hacı Nurinin yazdığı «Fəslül-xitab fi təhrifi kitabi Rəbbil-ərbab» kitabı 1870-ə çap olunmaqla eyni zamanda dərhal Nəcəfi-Əşrəfin elmiyyə hövzəsinin şəxsiyyətləri tərəfindən inkar edilmiş, onun bütün nüsxələrinin toplanıb məhv edilməsi barəsində fətva verilmiş və onun cavabında çoxlu kitablar yazılmışdır. Bu kitaba cavab yazaraq onun nəzərlərini rədd edən böyük alimlərdən aşağıdakıların adını qeyd etmək olar[16]:
Müərrib Tehrani adı ilə məşhur olan Şeyx Məhmud ibni Əbil-Qasim (vəfat tarixi: 1313-cü h.q) «Kəşfül-irtiyab fi ədəmi təhrifil-Kitab» adlı bir kitab yazmışdır.
Əllamə Məhəmməd Hüseyn Şəhristani (vəfat tarixi: 1315-ci h.q) «Hifzül-kitabiş-şərif ən şübhətil-qovli bit-təhrif» adlı digər bir kitab yazaraq Hacı Nurinin "Fəslül-xitab" kitabını rədd etmişdir.
Nəcəfi-Əşrəfin elmiyyə hövzəsinin mühəqqiqlərindən biri olan Əllamə Bəlaği (vəfat tarixi: 1352-ci h.q) öz əsəri olan «Təfsiru alair-Rəhman» kitabında «Fəslül-xitab» kitabının rəddində nəzərə çarpacaq dərəcədə böyük bir fəsil ayırmışdır.[17]
Məkarim Şirazi «Ənvarul-üsul» kitabında Qurani-məcidin təhrif olunmamağı ilə əlaqədar geniş bir bəhs aparmış, «Fəslül-xitab» kitabında qeyd olunan şübhələrə cavablar vermiş.
Hacı Nuri, Əllamə Bəlağinin dediyinə əsasən, zəif rəvayətlərə istinad etmişdir. Onun özü də kitabın çap olunmasından sonra peşman olmuş və Nəcəfi-Əşrəf elmiyyə hövzəsinin böyük şəxsiyyətləri bu işi onun aşkar səhvlərindən hesab etmişlər.[18]
Fəslül-xitab» kitabının nəşr olunmasından sonra onun müəllifinə o qədər hücumlar edildi ki, axırda məcbur qalıb özünü müdafiə etmək üçün bir risalə yazdı. Həmin risalədə Allahın Kitabının təhrif olunmamasını isbat etmiş və demişdir ki, mənim sözlərimdən yanlış nəticələr alınmışdır.[19]

Əllamə Seyyid Hibətuddin Şəhristani deyir: Samirrada olduğum vaxtlar Mirza Şirazi oranı şiələrin elm və mərifət (maarif) mərkəzinə çevir­mişdi. O, hər bir məclisə daxil olsaydı, Hacı Nuri və onun kitabının əleyhinə fəryad edərdi. Onun sözlərindən olan bəzi ifadələr hələ də yadımdadır...»[20]
Hacı Nurinin «Fəslül-xitab» kitabında qeyd etdiyi rəvayətlər adları aşağıda qeyd olunan üç ravidən toplanmışdır ki, onlar ya yanlış əqidəli, yaxud yalançı, yaxud da vəziyyəti məlum olmayan insanlardır: Əhməd ibni Məhəmməd Səyyari əqidəsi xarab və azğın olan adam, Əli ibni Əhməd Kufi yalançı, Əbül-Carud da vəziyyəti məlum olmayan, yaxud rədd olunan şəxsdir.[21]


Bütün bunlarla yanaşı Əhli-Sünnənin sihahlarında səhih hesab edilən hədislərə əsasən aydın olur ki, II xəlifə Ömər bin Xəttab Quranda "rəcm ayəsi"[22]nin olduğu iddia edib. Lakin həmin iddia o zaman digər heç bir səhabə tərəfindən təsdiq edilmir və Qurana daxil edilmir. Bəziləri tərəfindən iddia olunur ki, guya belə bir ayə olub, lakin onun tilavəti nəsx olunub:

Abdullah ibn-Abbas deyir: Ömər minbərin üstündə əyləşdi. Müəzzinlər susduqdan sonra durdu və Allaha şükr və sənadan sonra dedi: Mənə nəsib olan məqaləni sizə deyirəm. Bilmirəm, bəlkə də əcəlim yaxındadır. Kim onu dərk edib, başa düşərsə və kim onu anlamamaqda qorxarsa məni yalanda günahlandıranların heç birini halal etmirəm.

Həqiqətən Allah Muhəmmədi (s) haqq olaraq göndərmişdir. Ona kitab nazil etmişdir. Allah-təalanın nazil etdiklərindən biri də rəcm ayəsi idi. Biz onu oxuyub, dərk edib, başa düşmüşük. Allahın Rəsulu (s) rəcm edib və biz də ondan sonra rəcm etmişik. Qorxuram ki, bir zaman gələ və insanlar deyə: "Vallahi biz rəcm haqqında ayəni Allahın kitabında görmürük və beləliklə də, Allahın nazil etdiyi fərz əməli tərk etməklə doğru yoldan azalar. Rəcm isə Allahın kitabında haqq olduğu kimi evli olan kişi və ya qadın zina etdikdə əgər buna dəlil, sübut olarsa və ya hamiləlik olarsa və ya hər hansı biri tərəfdən etiraf olarsa həyata keçirilir"


Tarix: 26.02.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 778 Bölmə: Qurani Kerim
loading...