Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

108. Əl-Kovsər (Kövsər) surəsi
108. Əl-Kovsər (Kövsər) surəsi

1. (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə Kövsər (Cənnətdəki Kövsər irmağını və ya bol nemət, yaxud Quran, peyğəmbərlik) bəxş etdik!

2. Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!

3. (Ya Peyğəmbər! Oğlun Qasim, yaxud İbrahim vəfat etdiyi zaman sənə sonsuz, arxası kəsik, nəsli kəsilmiş deyən) sənin düşməninin (As ibn Vailin) özü sonsuzdur! (Sənin nəslin qiyamətə qədər törəyib artacaq, adına isə həmişə rəhmət oxunacaqdır!)


Tarix: 10.06.2015 / 16:27 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Qurani Kerim
loading...