Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜQƏDDƏS QURANIN TƏFSİRİ (TƏQDİMAT)

TƏQDİMAT

Həmd əməlləri və sözləri ilə təriflənməyə yeganə layiq olan Allaha məxsusdur. O, Uca Sözünü belə təsvir edir: “Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil etdik. Bu ayələr zalımların ancaq ziyanını artırır” (İsra, 17/82). “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstərən rəhbər və mərhəmət gəlmişdir” (Yunus, 10/57). Ən böyük möcüzəsi Quran olan Allahın Elçisi Muhəmmədə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun!
Şübhəsiz ki, Müdrik və Uca Rəbbin Sözü qulları üçün tam mənada sağlamlaşma və mərhəmətdir. Bu mərhəmətdən və sağlamlıqdan ancaq ziyana uğramış zalımlar məhrum edilirlər. Quran tarix səhnəsinə nazil edildikdən bu günədək mərhəmət və sağlamlıq diləyənlər ona doğru can atmış, onu anlamaq və ondakı hökmləri həyata keçirmək üçün mübarizə aparmışlar. Bu mübarək yolda zəfər çalanların ilk cərgəsində Quranın onların zamanında vəhy edildiyi Elçiyə (ona Allahın salavatı və salamı olsun) şahidlik edən nəslin nümayəndələridir. Sonradan gələn nəsillər də Quranı başa düşməkdə və Onun hökm və tələblərinin həyata keçirilməsində əhəmiyyətli dərəcədə təşəbbüs göstərmiş və səylə çalışmışlar. Bununla yanaşı, tarix, Quranın anlaşılmasının və həyata keçirilməsinin şahidi olduğu kimi, həm də onun təhrif və inkar edilməsinə cəhdin şahidi olmuşdur. Məhz bu özəlliklərlə Sünnə və camaat əhli Quranın və onun təfsirlərinin dəyərləndirilməsində digər bidətçi və uydurmaçılardan məlum cizgiləri ilə fərqlənmişdir. Sünnə tərəfdarlarının qabaqcıl imamları bu sahədə olduqca əhəmiyyətli əsərlər yaratmışlar. İbn Əbi Hatimin, imam Təbərinin, imam Bəğəvinin, Hafiz İbn Kəsirin təfsirləri bunların ancaq bir-neçəsidir. Yaxın dövrün Peyğəmbər Sünnəsinə mənsub alimlərindən bəziləri, yuxarıda adlarını qeyd etdiyimiz imamların təfsirlərinin xülasəsini verməyə, bəziləri isə, insanların çağdaş zamana uyğun tələbatlarını nəzərə alaraq, yeni təfsirlər qələmə almışdılar. Bu yaxın zamanın alimlərindən biri və, bəlkə də, dövrün ən böyük müsəlman alimi şeyx Əbdürrəhman b. Nasir əs-Səədidir (Allah ona rəhmət etsin). Şeyx əs-Səədi elminin genişliyi, şəriət hüquqi (fiqh) sahəsindəki dərinliyi, Quran elmlərindəki istedadı, biliyi, zahidliyi, təqvası sayəsində necə məşhurlaşmışdısa, təfsir sahəsində də bir sıra görkəmli əsərləri ilə məşhurlaşmışdır.
Elm sahəsinə mənsub olan müasirləri və özündən sonra gələnlər Quran təfsiri və digər Quran elmləri ilə bağlı yazdığı əsərlərinə görə onu alqışlamışlar. Hətta elm xadimlərinin onun barəsində tərifləri o dərəcəyə çatmışdı ki, naşirlər xalqın istəyinə cavab vermək məqsədilə bir-birinin ardıyca Şeyx əs-Səədinin təfsirinin nəşrinə, sanki bir-biri ilə yarışaraq, təşəbbüs göstərirdilər. Elm aləminə məxsus olan hər yerdə, bir çox İslam ölkələrində Şeyxin təfsiri milyon nüsxələrlə çap edilib yayılmışdır. Sonra digər dillərə də tərcümə edilmişdir.
İndi də Allahın xalqımıza mərhəməti sayəsində bu qiymətli əsərin Azərbaycan dilində nəşr edilməsi ilk dəfə bizə nəsib olmuşdur. Digər ölkələrdə olduğu kimi, Allahdan bizim ölkəmizdə də İslamın əsaslarını şərh edən bu kitabı insanlara qəbul etdirməsini, sevdirib oxutdurmasını və ona uğur qismət etməsini diləyirik.
Elm aləmində çox təriflənən bu qiymətli təfsiri bir çox digər təfsirlərdən fərqləndirən cəhət, onun bir sıra özünəməxsus məziyyətlərinin olmasıdır. Bu xüsusiyyətlərin bəziləri əsərin müxtəlif nəşrlərinə alimlər tərəfindən yazılmış müqəddimələrində göstərilmişdir. Bunlardan bəzilərini tərcüməçi Fərahim Süleymanoğlu Azərbaycan dilinə tərcümə etdiyi bu əsərə əlavə etmişdir. Xülasə halında deyə bilərik ki, bu təfsirin aşağıdakı özəl xüsusiyyətləri onu digər təfsirlərdən fərqləndirir:
Şeyx əs-Səədi təfsirində Quranın nazil edilməsi məqsədilə əlaqəsi olmayan lazımsız söz təhlillərinə, şəriət hüququ üzrə mübahisəli məsələlərə və fəlsəfəçiliyə yol verilməmişdir;
əlinizdəki Təfsir bir sıra təfsirlərin xilas ola bilmədiyi İsrail əfsanələrindən nümunələr əxz etməmişdir;
o, nə oxucunu bezikdirici dərəcədə uzun, nə də məqsədi tam çatdıra bilməyəcək dərəcədə qısa deyildir;
təfsir bir çox elmi, əxlaqi və tərbiyə səciyyəsi daşıyan faydalara malikdir;
bu Təfsirdə Şeyx əs-Səədi xüsusilə peyğəmbərlərin Quran hekayətlərindən çox əhəmiyyətli, hikmətli və həyatda rəhbər tutulması vacib olan nəticələr çıxarmışdır;
hər şeydən daha əhəmiyyətli olan odur ki, bu Təfsir, bidətə və fəlsəfəçiliyə aludə olmuş kəlamçıların hər cür pozğun təhriflərindən uzaqdır.
Şeyx əs-Səədi (Allah ona rəhmət etsin) uluhiyyət tövhidi, rububiyyət və sifət tövhidi üzrə və bütün digər əqidə məsələlərində Peyğəmbərimizin (ona Allahın salavatı və salamı olsun) kəramətli Sünnəsinə sadiq olan yaxın zaman alimlərindən biridir. Bir sözlə desək, bu Təfsir, İslam əqidəsi haqqında istinad edilməsinə layiq və lazım olan bir əsərdir.
Daha sonra, tərcüməçi bu əsərə rus mətnində olmayan, lakin Türkiyədə “Tefsirus-Sadi” adı altında nəşr etdiyi beşcildlik əs-Səədi əsərinə yazılmış rəy və təqdimatları da əlavə etmişdir. Rəy və təqdimatlar İslam dünyasında tanınmış görkəmli alimlərin və şəxsiyyətlərin qələmindən çıxmışdır. Rəyçilər arasında Şeyx Muhəmməd b. Saleh əl-Useymin və başqaları vardır.
Hörmətli oxucularımıza bir neçə söz də tərcüməçi qardaşımız Fərahim Süleymanoğlu Sələfi Qurbanov haqqında bildirim. O, son illərdə türk və rus dillərindən ana dilimizə bir sıra çox əhəmiyyətli əsərlər tərcümə etmişdir. Onların əksəriyyəti Quran və İslam əqidəsi mövzularına həsr edilmiş ərəb islam alimlərinin kitablarıdır. Onların arasında prof. Məhəmməd Cəmil Zeynunun “Quranı necə anlamalı” (türk dilindən), prof. Məhəmməd Xumeyyisin “Təhavi əqidəsinin asanlaşdırılmış şərhi” (türk dilindən), Məhəmməd əl-Münəccidin “İnsanların əhəmiyyət vermədiyi haramlar” (türk dilindən), Əhməd Fəridin, “Bilməməzliyin üzrlü olması və bidətçi təkfirçilərin tənqidi” (türk dilindən), Vahid Əbdussalam Balinin “İnsanın cin və şeytanlardan qorunması” (rus dilindən), İmam Buxari, “1001 hədis” (türk dilindən), “Namaz” (Buxari Səhihindən, rus dilindən) və bir çox başqa tərcümələri göstərmək olar. Kifayət qədər maraqlı həyat yolu keçmiş Fərahim müəllim Allahın yoluna, Peyğəmbərimiz Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) və onun səhabələrinin əqidəsinə sadiq olan və xalqını sevən sadə bir insan və qiymətli tərcümə əsərləri ilə Allahın savabını qazanmağa səy göstərənlərdən biridir.
Uca Allahdan İslam dünyasında məşhur olan bu qiymətli kitabı müəllifi, tərcüməçisi, ixtisas mütəxəsssisləri, redaktorları, naşirləri və onun Azərbaycan dilində işıq üzü görməsi üçün zəhmət çəkmiş və öz imkanlarını əsirgəməmiş bütün dəyərli insanlar üçün mərhəmət vasitəsi etməsini diləyirik.

Şeyx Muhəmməd b. Saleh əl-Useyminin
TƏQDİMATI

Həmd təkcə Allaha məxsusdur. Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, səhabələrinə və Qiyamət gününədək yaxşılıqda onların ardıyca gedənlərə salavat və salam olsun!
Daha sonra, dəyərli şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) “Teysirul-Kərimur-Rəhman fi Təfsiri Kəlamul-Mənnan” adlı əsəri özünə xas bir çox xüsusiyyətlərinə görə Quran təfsirlərinin ən yaxşılarından biri hesab edilir.
Bu Təfsir aşağıdakı xüsusiyyətlərə malikdir:
onun yazılmasında müəllif hər kəsin başa düşə biləcəyi asan və aydın ifadələrdən istifadə etmişdir;
oxucunun fikrini yayındıran və vaxtını aparan, düşüncə üçün heç bir faydası olmayan lüzumsuz uzadılmalardan və əlavələrdən çəkinilmişdir;
xatırlanmasına ehtiyac duyulan əsaslı ziddiyyətlərdən başqa, digər ixtilaflı məsələlərə toxunulmamışdır. Kitabın bu xüsusiyyəti oxucunun fikrini müəyyən bir məsələ üzərində cəmləşdirməyə imkan verir;
sifətlərlə bağlı ayələrdə Allahın hökmləri ilə ziddiyyət təşkil edən təhrif və yozmalardan qaçınaraq, sələfin yoluna əsaslanılmışdır;
ayələrin nişan verdiyi fayda və hökmlərdən çıxarılan nəticələrə dair incəliklər barədə; xüsusilə, bu özəllik “Sad” surəsindəki Davud (ə) və Süleyman (ə.) hekayətlərində və “Maidə” surəsində dəstəmaz alınması ilə bağlı ayədə daha bariz şəkildə özünü göstərir. Müəllif bu ayədən əlli hökm çıxarmışdır;
bu əsər təfsir və gözəl əxlaqa dair təlim-tərbiyə vasitəsidir. Bu, “Əraf” surəsinin “Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər” ayəsinin təfsirində aydın görünür. (Əraf, 7/199. (F.S.)

Muhəmməd əs-Saleh əl-Useymin
15 ramazan 1416-cı hicri ili


Abdullah b. Əbdüləziz b. Aqil əl-Aqilin
MÜQƏDDİMƏSİ

Bismilləhirrəhmanirrəhim!
Həmd Allah məxsusdur!
Sonra, Şeyx Səd b. Fəvvaz əs-Sumeyl yanıma gələrək, böyük alim, şeyximiz Əbdürrəhman b. Nasir əs-Səədinin (Allah ona rəhmət etsin) Təfsirindən bəzi nümunələr gətirdi.
Bu əsərin təshih edilmiş əlyazmasını əldə etdikdən sonra, onu yenidən nəşr etdirmək istəyini bildirdi.
Əsərin orijinalını tədqiq edib ən düzgün, müəllifin yazdığı xüsusiyyətləri aşkar etməyi, hədislərin nömrəsi və ilk rəvayətçilərinin üzə çıxarılmasını da nəzərə alaraq, nöqsanlı ola biləcək halları və həm də daha əvvəlki nəşrlərdə gözdən qaçmış çatışmazlıqları aradan qaldıracağına söz verdi.
Mən də bu mübarək təşəbbüsünə görə ona təşəkkürümü bildirib uğur qazanması üçün dua etdim.
Şübhəsiz ki, Uca Allah bu təfsirin müsəlmanlar tərəfindən qəbulunu təmin etmişdir.
Bu təfsir Ərəbistanın Müqəddəs Quran radiosu ilə hər gün iki dəfə yayımlanır, məscidlərdə camaata oxunur və alimlərin elmi silsilələrində tədris edilir. Bu təfsir dəfələrlə nəşr edilməsinə baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, xətalardan və tədqiqatçıların artırmalarından xilas olmamışdır.
Bu kitab təfsirlərin ən faydalısı və ifadələrinin asanlığı ilə, ən yaxşı başa düşülənidir.
Bu təfsir aydın mənalarla ifadə edilmiş, anlaşılması çətinlikdən və İsrail əfsanələrindən uzaq, düzgün danışmaq və həqiqəti söyləmək baxımından müşkül olana toxunmayan və ixtilaflardan bəhs etməyən bir kitabdır. Bu kitabın göstərilənlərdən daha əhəmiyyətli olan bir xüsusiyyəti də, onun sifət ayələrini sələfin metodu əsasında, yozumdan uzaq formada şərh etməsidir. Bütün bunlara, bəhs edilən çıxarılmış nəticələrə və digər mənbələrə müraciət edilmədən, ayədə olan faydaların yerindəcə xatırlanması, növbəti bir özəllik kimi ayrıca olaraq əlavə edilir.
Bu əsərin gözəl əxlaqdan, Peyğəmbərin (s.ə.s.) şəriət qaydalarından xəbər verməsi özü-özlüyündə qənaətbəxş bir məsələdir. Bütün bunlar asan və aydın sözlərlə ifadə edilmişdir. Bu kitab hər kəsin anlaya biləcəyi bir səviyyədə olduğuna görə elm öyrənmək istəyənlərin istifadə edəcəyi bir mənbədir. Şübhəsiz ki, bu, yaradılması çətin, başa düşülməsi isə asan olan bir kitabdır. Uzun zaman idi ki, bu kitabın tərcümə edilməsini, xüsusilə də ingilis dilinə çevrilməsini arzu edirdim və buna görə Allaha dua etdim. Ümid etmək olar ki, Allah bu kitabı oralarda faydalı edər.
Bu əsər İslam dini ilə tanışlığın çox təsirli bir vasitəsidir.
Müvəffəqiyyət Allahdandır!

Abdullah b. Əbdüləziz əl-Aqil

Şeyx Bəkir b. Abdullah Əbu Zeydin
MÜQƏDDİMƏSİ

Mərhəmətli və Rəhmli Allahın adı ilə
Həmd təkcə Allaha məxsusdur! Peyğəmbərlərin sonuncusuna, ailəsinə, səhabələrinə və onların yolu ilə gedən və Sünnəsinə sarılanlara salavat və salam olsun!
Sonra, burada yazdığım nə müqəddimə, nə də təqdimatdır. Təkcə tərif və xeyrə işarə edən bir yazıdır.
Bu hadisə barəsində təəssüratımı oxucularla bölüşmək istəyirəm.
Təxminən hicri 1380-cı illərdə bəzi xeyirxah insanların Şeyx Əbdürrəhman b. Nasir əs-Səədinin(Hicri 1376-cl ildə vəfat etmişdir. F.S.) (Allah ona rəhmət etsin) 8 cilddən ibarət “Teysirul-Kərimur-Rəhman fi təfsiri Kəlamil-Mənnan” adlı təfsirini tövsiyə etdiklərini eşidirdim. Çünki bu təfsir digərlərindən aşağıdakı xüsusiyyətlərinə görə seçilməkdə idi:
Bu kitab, etimad göstərilən və onda sələflərin yolu əks olunan bir əsərdir. O, səhih bir əsərin və doğru-düzgün anlayışın qısa xülasəsini asanlıqla özündə əks etdirir.
Bu kitab alimlər üçün xatırladan və elmə yeni gələnlər üçün isə öyrədəndir.
Daha sonra digər alimlərin və elm öyrənən tələbələrin də məhz bu kitabı xüsusi olaraq tövsiyə etdiklərini eşitdim.
Şeyx Əbdürrəhmanın oğlu Abdullah (1405 ö.) mənə atasının bu əsərlərini hədiyyə etmişdi:
Teysirul-Lətifil-Mənnan fi Xülasəti Təfsiril-Quran;
əl-Qəvaidul-Hisan li-Təfsirul-Quran;
Fəvaidu Mustənbata min qissati Yusuf əleyhissalam.
Bu üç kitabı oxudum və sətirlərində bu təfsirə yönəltmələr tapdım. Müxtəlif vaxtlarda bu təfsirdən istifadə edirdim. 1418-ci ildə bir qrup dəyərli alimin hazırladığı “ət-Təfsirul-Müyəssər” adlı kitabın Mədinədə olan Mushafuş-Şərif Kral Fəhd Nəşriyyat Cəmiyyətinin çap etdiyi nüsxəsinin son araşdırmalarını apardığım vaxtlarda, bəhs edilən təfsirin İbn Cərir ət-Təbəri (310 ö.) və Səədinin təfsirlərinə çox böyük etimadla yanaşdığını gördüm. Bundan sonra Səədinin təfsirinə rəğbətim və istəyim daha da artdı.
Səədinin digər məziyyətlərindən biri də onun İbn Teymiyyə və İbn Qeyyimə (Allah onlara rəhmət etsin) xüsusi münasibət bəsləməsi və kitabını onlardan əxz etdiyi faydalı seçmələrlə bəzəməsi idi.
Səədi ayələrdən məharətlə nəticələr çıxararaq kitabını asanlaşdırıb bizə təqdim etmişdir.
Məsələn, “Bəqərə” surəsinin “Deyin: “Biz Allaha, bizə nazil olana...iman gətirdik...” (136-cı) ayəsi(Ayənin şərhi: “Bu və buna bənzər ayələr, insanların iman gətirməli olduqları nə varsa, hamısını əhatə edir. Bilmək lazımdır ki, iman gətirmək dedikdə, əsas dini baxışlarda əqidə möhkəmliyi nəzərdə tutulur ki, bu da ruhun və bədənin etdiyi əməllərlə təsdiq olunur. Bu ifadədən belə anlamaq olar ki, iman, imanın bir hissəsi və nəticələrinin biri olan saleh əməllərin hamısını özündə birləşdirir. Əgər iman Quran ayələrində ayrıca xatırlanırsa, o həmişə İslamı və saleh əməlləri bildirir, əgər təkcə İslam qeyd olunursa, onda o, həmişə imanı və əməlisaleh nəzər nöqtələrini əks etdirir. Əgər onlar ikisi birlikdə yad edilirsə, onda iman adı altında qəlbdə olan əqidə, İslam adı altında isə, açıq şəkildə həyata keçirilən saleh əməllər nəzərdə tutulur. Eyni şeyi imanın saleh əməllərlə yanaşı xatırlandığı ayələr haqqında da demək mümkündür”. Tərc. F.S.) və “Maidə”surəsində keçən dəstəmazla bağlı 6-cı ayə (Bu ayənin şərhi də yuxarıdakı (Bəqərə, 2/136) kimi böyük məharət və bacarıqla verildiyi üçün, onu burada göstərməyi lazım bilmədim. Tərc. F.S. ) dediyimizə ən gözəl nümunədir.
Xüsusilə peyğəmbərlər haqqında hekayətlərin sonunda qiymətli və faydalı nəticələr çıxarmışdır... Əhzab surəsinin bir ayəsində (Şeyx Əbu Zeydin dəqiqləşdirmədiyi bu ayə Əhzab surəsinin 13-cü ayəsidir. Tərc. F.S.) bu incə və lətif mövzuya belə toxunulmuşdur: “Onlardan bir dəstə demişdi: “Ey Yəsrib əhli! (Mədinənilər);
Din qardaşlığını və İslam bağını atıb millətçilik çığır-bağırı salmaq cahillik əlamətlərindəndir.
Mən belə faydalı nəticələr çıxaran başqa birisini hələ görməmişəm. Bu ayə, milliyyətçiliyin İslama aid olmadığını bildirən daha üç ayəni də ehtiva edir.
Dərin biliyi və bu sahədəki yetərli imkanlara malik olmasından bəhs etdikdən sonra, onun gözəl həyat tərzinə nəzər salaq. Onun tərcümeyi-halında nümunəvi olması, itaətətkarlığı, xeyirxahlığı və yaxşılığı, doğruçu və sağlam düşüncəli olması üzə çıxır. Onun tərcümeyi-halında əksini tapmamış bir hadisə:
Məkkə xəzinələrindən olan Siddiqə kitabxanasının sahibi Şeyx Əbdürrəhim Sadiq əl-Məkkinin (1408 ö.) mənə izah etdiyinə görə, o, Şeyx Səədinin namaz qılmasının şahidi olmuş, onun xuşusunu və Allaha bağlılığını bildirən şeylər görmüşdür. Alimlər Şeyx Muhəmməd Həmid əl-Faqinin də (1379 ö.) Əhməd Şakir (1377 ö.) haqqında da belə dediyini rəvayət edirlər:
“Namazı tam xuşu içində, Allaha müti halda Əhməd Şakir kimi qılan bir adam görməmişəm”.
Biz də bu böyük müfəssir alimin Şeyxülislam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözünə uyğun əvəzini almasını diləyirik:“Lədunni elminə(Qeybə aid elmlərdən biridir. Tərc. F.S. ) gəlincə, şübhəsiz ki, Uca Allah təqva sahibi olan vəlilərinin və saleh qullarının qəlblərini, xoşlanmadığı şeylərdən təmizlənmələri və sevdiyi şeylərə riayət etmələrinə görə, başqalarının qəlblərini açmadığı bir tərzdə açar.
Bu isə, Əlinin (Allah ondan razı olsun) dediyi: “...Allahın Kitabı barədə quluna verdiyi anlayış istisna olmaqla...” və bu əsərdə olduğu kimidir: “Bildiyinə əməl edən insana, Uca Allah bilmədiyinin elmini də verir”.
Quranda bu məsələyə bir çox ayələrdə toxunulmuşdur. Belə ki, Allah buyurur:
“...Əgər onlar özlərinə verilən öyüd - nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı ...və onları doğru yola yönəldərdik” (Nisa, 4/66,68).
Ayrıca olaraq Uca Allah Onun əmrlərini yerinə yetirənləri doğru yola yönəldəcəyini bildirərərk belə buyurur:
“Allah Onun razılığını axtaran şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir” (Maidə, 5/16).
“Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər” (Muhəmməd, 47/17).
“...Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq” (Kəhf, 18/13).
“Bu Quran insanlar üçün açıq-aydın bir dəlil, qəti inananlar üçün isə doğru yolu göstərən rəhbər və mərhəmətdir” (Casiyə, 45/20).
“...Bunlar Rəbbinizdən gələn aşkar dəlillər, iman gətirən bir camaat üçün doğru yolu göstərən rəhbərlik və mərhəmətdir” (Əraf, 7/203) ... (əl-Fətava, 13/245).”(Burada İbn Teymiyyədən gətirilən sitat sona yetir. Tərc. F.S.) Bu təfsir haqqında yazımı qələmə alarkən yadıma Şeyx Əbdür¬rəhman əd-Dəvsəridən (1399 ö.): “Təfsirçidə axtarılan ən əhəmiyyətli şərt nədir?” – deyə soruşulduqda, dediyi: “Qəlbi Quran¬la rahatlıq tapandır” kimi verdiyi cavabı düşdü.
Mən, Şeyx Səədidə də bu şərtin olmuş oldu¬ğuna inanıram və həqi¬qətən onun dilindən belə mənali çeşmələr axmışdır. Bu isə Allahın fəzilətin¬dəndir.
Allah ona əvəzini versin!
Beləliklə, deyilmişdir ki: “Quranın mənasını təkcə təmiz qəlblilər anlaya bilərlər. O qəlblər isə təqva sahibləri¬nin qəlbidir” (Bax: əl-Fətava, 13/245).
Uca Allah Nəcdli alim Səədiyə bu sahədə ilk əsər yazanlardan olmasına görə xeyirlər versin. Mən Nəcdli alim¬lər arasında Quranı bu gözəllikdə tam təfsir edən daha bir başqasını tanımıram.
Həqiqətən də, Uca Allah bu təfsirin müsəlmanlar arasında qəbul edilməsini və yer üzünün hər tərəfinə yayılıb dəfələrlə nəşr edilməsini nəsib etdi.
Kitabın bəzi nəşrləri:
1. Misir Sələfiyyə mətbəəsi çapı. Kitabın bir hissəsi içindəki çatışmazlıqlarla birlikdə Şeyxin yaşadığı dövrdə nəşr edilmiş, qalanı isə vəfatından sonra tamamlanmışdir.
O zamanın mətbəə və nəşriyyat şərtləri çərçi¬vəsində bu nəşrdə bəzi kəlmələr və cümlələr çıxa¬rılmış və nöqsanlar yaranmışdır.
2. Muhəmməd Zuhri ən-Nəccarın tədqiqatı ilə Riyad Səədiyyə çapı. Bu şəxs nəşri kitaba aid olmayan əlavələrlə korlamışdır. Onun ardıyca tələ¬bəsi yazdığı “Kəşfus-sitar an telfigi və talikin-Nəccar” adlı kitabında onu tənqid etmişdir.
3. Birinci və ikinci əsas götürülərək çap edilən nəşrlər.
4. Daha sonra düzəlişlər verilərək Nəccarın əla¬vələ¬rindən təmiz¬lənmiş nəşrlər çap edilməyə başlandı.
5. Əlimizdə olan bu nəşr iki xüsusiyyətilə önə çıxır. Birincisi, edilmiş yanlışlıqların və nöqsanların təshih edilib düzəldilməsi.
İkincisi isə, Nəccarın əlavələrindən təmizlənərək və iki əlyazması tutuşdurularaq, başlıqlara ayrılmış mövzular və faydalar mündərəcatı yaradılmışdır. Bu nəşrin əsas götürülməsi və qardaşlarımız tərəfindən müəyyən edilən düzəliş və mülahizələr naşirlərə təqdim edilməlidir ki, növbəti çaplarda nəzərə alınıb düzəldilsin.
Bacarıq Allahdandır!


Tarix: 20.04.2013 / 16:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1428 Bölmə: Quran Haqqında
loading...