Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsan sevgisi
İnsan sevgisi

Sorurlar məndən –
Nə üçün qaldırırsan,
insanı göylərə?
Bu qədər qiymət
verirsən ona?
Məgər Qərbdə Buşlar,
Şərqdə qan tökən diktatorlar.
İnsan deyillərmi?
– Xeyr, xeyr insan deyil onlar.
Çünki qan tökən, insan olmaz.
İnsan qanı tökənlər,
İnsanı dustaq edənlər.
Anaları ağlar,
balaları yetim qoyanlar.
Hər şeyi pulda görənlər,
Zülm edənlər
Düşüblər insan məqamından
şeytan məqamına.
Yenə də təkrar edirəm,
Tanrı insandan qiymətli
Heç nə yaratmayıb yer üzündə.
Əgər varsa bu dünyada
ilahi sevgi,
O da yalnız insanlardadı.


Tarix: 04.06.2015 / 18:12 Müəllif: Aziza Baxılıb: 241 Bölmə: Qulamrza Səbri Təbrizi
loading...